Nazir Fransadan Ermənistana Gürcüstan vasitəsilə hərbi texnikanın tədarükünə münasibət bildirib
Yusif Sultanoğlu
06:56 15.11.2023
Siyasət
466
Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili Fransadan Ermənistana ölkəsi vasitəsilə hərbi texnikanın göndərilməsinə münasibət bildirib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, Gürcüstanın İctimai telekanalının efirindəki “Azad baxış” verilişinin aparıcısı nazirə Azərbaycan və daha sonra gürcü mediasında Fransadan Ermənistana Gürcüstan vasitəsilə zirehli texnikanın çatdırılması barədə məlumat paylaşıldığını və bunun Gürcüstanın Azərbaycan və Ermənistan arasındakı vasitəçiliyinə təsir edib-etməyəcəyini soruşub.
Nazir qeyd edib ki, Gürcüstan hər iki ölkəyə öz tranzit funksiyasından bərabər şərtlərlə istifadə etməsinə imkan verir.
Darçiaşvili, hər bir ölkənin müdafiə qüvvələrinə malik olmaq hüququnun olduğunu deyib. Nazir əlavə edib ki, ölkələrin beynəlxalq razılaşmalarla qadağan edilməyən konvensional silah və sursatları əldə etmək hüququ var.
“Gürcüstanın mövqeyi hər iki ölkəyə bərabər şərtlərlə tranzit funksiyamızdan istifadə etmək imkanı verməkdir”, - nazir vurğulayıb.
Qeyd edək ki, bazar günü Fransa zirehli hərbi texnikasının Gürcüstandan keçərək Ermənistana aparılması barədə xəbərlər yayılıb.
Noyabrın 11-dən 12-nə keçən gecə Gürcüstanın Poti limanında Ermənistan ordusuna tədarük edilməsi nəzərdə tutulan, “ACMAT Bastion” markalı çoxməqsədli zirehli maşınlar və müxtəlif hərbi avadanlıqlar yüklənərək göndərilib.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq Fransanın Ermənistana “ACMAT Bastion” markalı çoxməqsədli zirehli maşınlar və müxtəlif hərbi avadanlıqlar göndərməsini pisləyib.
Ermənistan MN isə Fransa zirehli texnikasının ölkəyə tədarükü ilə bağlı xəbərləri şərh etməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Saakaşvilinin hakimiyyətə qayıdışı ilə bağlı açıqlama
13:25 31.07.2026
Cənubi Qafqaz
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
13:01 31.07.2026
Siyasət
Fransa İspaniya ilə sərhəddə nəzarəti gücləndirdi
12:01 31.07.2026
Dünya
Karapetyanın evində axtarış aparılıb
11:54 31.07.2026
Region
FSB: Ukraynaya məlumat ötürməkdə şübhəli bilinən şəxs saxlanıldı
11:42 31.07.2026
Dünya
Bərdədə 79 yaşlı kişi kanala yıxılaraq boğulub
11:37 31.07.2026
Hadisə
Taleh Kazimov: Valyuta hərraclarında tələb kəskin azalıb
11:28 31.07.2026
İqtisadiyyat
Estetik cərrah və anestezioloqa hökm oxunub
11:16 31.07.2026
Cəmiyyət
Lənkəranda itkin kimi axtarılan şəxsin meyiti kanalda tapılıb
10:53 31.07.2026
Hadisə
Rusiyadan açıqlama: Ermənistan Azərbaycanla əvəzlənəcək
10:45 31.07.2026
Gündəm
Prezident Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi
10:39 31.07.2026
Gündəm
Azərbaycanda itkin düşən 10 nəfər tapıldı
10:19 31.07.2026
Hadisə