Niderland səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb
Yusif Nəzərli
11:30 25.11.2022
Siyasət
549
Noyabrın 25-də Niderlandın Azərbaycandakı səfiri Paulin Eizema Xarici İşlər Nazirliyinə dəvət edilib.
Bu barədə Azərbaycan XİN məlumat verib.
Qeyd olunur ki, görüşdə Niderlandın baş nazirinin müavini, xarici işlər naziri Vopke Hoekstranın noyabrın 23-də Niderland Parlamentinə ünvanladığı və guya Azərbaycan Silahlı Qüvvələri tərəfindən hərbi cinayətlərin törədilməsi barədə bəzi iddiaların əks olunduğu məktubla bağlı narazılıq diqqətə çatdırılıb.
Görüşdə Ermənistan silahlı qüvvələri tərəfindən hələ birinci Qarabağ müharibəsindən etibarən nəinki azərbaycanlı hərbçilərə, mülki şəxslərə qarşı misli görünməmiş qırğınlar törədildiyi, yalnız bir gecədə, 1992-ci ilin 26 fevral tarixində Xocalı şəhərində 613 mülki şəxsin xüsusi qəddarlıqla qətlə yetirildiyi, bu günədək 4 000-ə yaxın azərbaycanlının taleyi barədə heç bir məlumat verilmədiyi diqqətə çatdırılıb. Ermənistan tərəfindən 2020-ci ilin oktyabrında Azərbaycanın Gəncə, Bərdə, Mingəçevir şəhərlərinin mülki əhalisi raket atəşinə tutularaq insanlıq əleyhinə cinayətlər törədildiyi bildirilib.
Ermənistanın səbəbkarı olduğu mina təhlükəsinin, keçmişdə olduğu kimi, bu gün də bölgədə insanların həyatına ciddi hədə olmaqda davam etdiyi, 2020-ci il Vətən müharibəsinin başa çatmasından bu günədək əksəriyyəti mülki şəxs olmaqla 268-dək vətəndaşımızın mina qurbanı olduğu qeyd olunub. Azərbaycan ərazilərində aşkarlanan minaların 2021-ci ildə Ermənistanda istehsal olunması faktının isə Ermənistanın yeni minalar basdırmaqla azərbaycanlılara qarşı hərbi cinayətlərini davam etdirdiyinin bariz nümunəsi olduğu diqqətə çatdırılıb.
Ermənistan hökumətinin törətdiyi hərbi cinayətlərin qarşısının alınması və ya törədilmiş cinayətlərə görə aidiyyəti şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində bu günədək heç bir əməli tədbirlər görmədiyi vurğulanıb. Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş cinayətlərə ədalətli beynəlxalq qiymətin verilməsinin və bu istiqamətdə Ermənistana təzyiq göstərilməsinin zəruriliyi qeyd olunub.
Ermənistandan fərqli olaraq, Azərbaycanın öz beynəlxalq öhdəliklərinə ciddi yanaşdığı və hərbi əməliyyatlar zamanı törədilən cinayətlərlə bağlı iddiaların müvafiq dövlət qurumları tərəfindən araşdırıldığı qeyd olunub. Bu il sentyabrın 17-də Azərbaycan Hərbi Prokurorluğunun sosial şəbəkələrdə yayılan videoların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyəti, eləcə də obyektiv həqiqətin müəyyən edilməsi üçün hərtərəfli araşdırmalara başlanıldığını bəyan etdiyi diqqətə çatdırılıb.
Niderland səfiri Azərbaycan tərəfinin müraciətini aidiyyəti üzrə çatdıracağını bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
17:51 27.10.2026
Hadisə
Dövriyyədə olan nağd pulun həcmi 12 faizə yaxın artıb
17:09 27.10.2026
İqtisadiyyat
Türkiyə NATO-ya güzəştə getmədi - Montrö qərarının pərdəarxası
17:05 27.10.2026
Region
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
16:58 27.10.2026
Gündəm
Pəhləvi: Plan hazırdır, İran rejimini devirmək üçün fürsət yaranıb
16:46 27.10.2026
Gündəm
Köhnəlməyən səs yaddaşımız - AZƏRBAYCAN RADİOSU-100
16:15 27.10.2026
Media
Pezeşkian Moskvada səfərdədir
16:07 27.10.2026
Dünya
Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır
16:06 27.10.2026
Mədəniyyət