
Olan Ermənistana olacaq - ŞƏRH
Yusif Nəzərli
13:28 14.08.2023
Siyasət
656
"2022-ci ilin dekabrında ilk uğursuzluğuna baxmayaraq, Ermənistan yenidən BMT Təhlükəsizlik Şurasını siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyası üçün alətə çevirməyə cəhd göstərir".
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Qeyd olunub ki, bununla yanaşı, Ermənistan 30 ilə yaxın müddət ərzində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş dörd qətnaməsinin və Təhlükəsizlik Şurası sədrinin işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən bir sıra bəyanatlarına məhəl qoymayan bir ölkədir.
“Ermənistanın bölgədə "humanitar vəziyyətin pisləşməsi" və "davam edən blokada" ilə bağlı əsassız iddialarla əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciəti növbəti dəfə beynəlxalq tərəfdaşlar vasitəsilə balanslı, beynəlxalq hüquqa əsaslanan və məqbul həll yolu tapmağa yönəlmiş səylərə Ermənistanın qəsdən və məqsədyönlü şəkildə mane olduğu bir zamanda baş verir”, - bəyanatda vurğulanıb.
Məsələyə münasibət bildirən siyasi şərhçi Kənan Novruzov "Sherg.az"a bildirib ki, Ermənistanın 30 il ərzində BMT-nin qətnamələrini yerinə yetirməməsi paradoksal vəziyyət yaradır:
"İndi Ermənistan üzsüz şəkildə tələbini yerinə yetirmədiyi təşkilata müraciət edir. BMT-nin isə bu müraciəti müsbət cavab verəcəyini düşünmürəm. Ancaq bu, baş verərsə, Azərbaycan XİN-in də bəyanatında dediyi kimi, Ermənistanın BMT-ni manipulyativ alətə çevirməyə cəhd etdiyi üzə çıxacaq. Əslində biz İrəvanın zaman-zaman belə həmlələrinin şahidi olmuşuq. Məsələn, onlar müxtəlif vaxtlarda ATƏT-dən, həmsədrlərdən istifadə etməyə çalışıb.

Tarixi təcrübədə bəzi beynəlxalq təşkilatların ikili standartlardan çıxış etdiklərinin şahidi olsaq da, sonunda Azərbaycanın təhlükəsizliyi və maraqları təmin olunub. Bu nöqteyi-nəzərdən olan yenə Ermənistana olacaq. Ümumiyyətlə bir halda ki, Ermənistan 30 ildir BMT-nin qətnamələrini yerinə yetirməyib, sözügedən təşkilat da onun bəyanatlarını faktlara arxalanaraq əsasız hesab etməlidir. Çünki əks halda BMT öz nüfuzunu itirə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Türkiyə gəmisinə zərbə endirdi: ölənlər var
23:16 19.07.2026
Dünya
DÇ-2026, final: Argentina-İspaniya - Start heyətlər
22:56 19.07.2026
Futbol
İordaniya İrana nota verdi
22:38 19.07.2026
Dünya
KİV: İranın daxili işlər naziri Pakistana səfər edəcək
22:17 19.07.2026
Dünya
Əraqçi: İran ABŞ ilə danışıqları bərpa etməyə razılaşıb
21:57 19.07.2026
Gündəm
Putin Şimali Koreyanın XİN başçısı ilə görüşdü
21:32 19.07.2026
Dünya
"ChatGPT" çökdü
21:11 19.07.2026
Texnologiya
Türkiyədən Yunanıstana etiraz...
20:49 19.07.2026
Gündəm
FHN çimərliyə gedənlərə xəbərdarlıq etdi
18:57 19.07.2026
Ekologiya
Abbas Əraqçi: Hələ Müctəba Xamenei ilə görüşməmişəm
18:05 19.07.2026
Region
BMT-də Azərbaycanın iqlim və şəhərsalma təcrübəsindən danışılıb
17:13 19.07.2026
Siyasət
Türkiyənin müdafiə naziri Şimali Kiprə gəlib
16:14 19.07.2026
Region
Rusiya Xarkova zərbə endirib, 3 nəfər ölüb, 16 yaralı var
15:57 19.07.2026
Dünya
İranın bu hərəkəti vecimə deyil - Tramp
15:38 19.07.2026
Dünya
Mbappe məğlubiyyəti şərh etdi: Deşama görə...
15:01 19.07.2026
Futbol
Xamenei İranda deyil - KİV
14:45 19.07.2026
Region