Ombudsman Cenevrədə beynəlxalq təşkilatın sessiyasında iştirak edib
14:51 09.05.2024
Siyasət
477
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının (GANHRI) Cenevrə şəhərində keçirilən illik iclası çərçivəsində “Biznes və insan hüquqları: Milli insan hüquqları təsisatlarının rolu və təcrübələri” mövzusunda tematik sessiyada iştirak edib.
Ombudsman Aparatının Mətbuat xidmətindən “Sherg.az”a verilən məlumata görə, sessiyada çıxışı zamanı S.Əliyeva biznes və insan hüquqları sahəsində həyata keçirdiyi fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib, bu sahədə beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) ilə əməkdaşlığın mövcud olduğunu diqqətə çatdırıb. Eyni zamanda, müvafiq sahədə milli qiymətləndirmə sənədinin cari il hazırlanaraq BMTİP-yə təqdim edildiyi və bu istiqamətdə bir sıra görüşlərin keçirildiyi qeyd olunub.
Müvəkkil BMT tərəfindən qəbul edilmiş “Biznes və insan hüquqları sahəsində Rəhbər Prinsiplər”in ölkəmizdə milli qanunvericiliyə implementasiyası üzrə aparılan işlərdən də bəhs edib.
S.Əliyeva, həmçinin Azərbaycanda müvafiq sahə ilə bağlı perspektivlərin və müsbət təcrübələrin öyrənilməsi məqsədilə geniş məsləhətləşmələrin, müzakirələrinin həyata keçirildiyini, bu sahədə insan hüquqlarının təşviqi və müdafiəsi istiqamətində təşəbbüslərin davam etdirildiyini bildirib.
Sessiya çərçivəsində biznes fəaliyyəti üzrə insan hüquqları ilə bağlı mövcud tendensiyalar və çağırışlar müzakirə edilib, milli insan hüquqları təsisatlarının bu istiqamətdə müsbət təcrübələri barədə fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində S.Əliyeva BMT-nin İnkişaf Proqramının biznes və insan hüquqları üzrə qlobal rəhbəri Livio Sarandrea ilə görüşüb. Görüşdə biznes və insan hüquqları sahəsində milli qiymətləndirmə sənədi ilə əlaqədar müzakirələr aparılıb.
Oxşar xəbərlər
Türkiyə səfiri: "Azərbaycanla münasibətlərimiz tarixdə ən yüksək mərhələni yaşayır"
16:00 11.05.2026
İlham Əliyev: "44 gün ərzində bizə təzyiq göstərənlər arasında nüvə dövlətləri var idi"
14:20 10.05.2026
Xəbər lenti
Hamısına bax
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm