
Parisdə Avropa liderləri arasında kəskin fikir ayrılıqları yaşanıb - ŞƏRH
Yusif Nəzərli
05:55 19.02.2025
Siyasət
555
Avropa İttifaqı (Aİ) ölkələrinin nümayəndələri Ukraynaya qoşun göndərmək barədə razılığa gələ bilməyiblər
Səkkiz Avropa ölkəsinin liderləri, həmçinin Aİ və NATO təsisatlarının nümayəndələrinin Parisdə təşkil edilmiş danışıqları birgə bəyanat olmadan başa çatıb. Yelisey sarayındakı görüşü BFMTV telekanalı yayımlayıb. Təxminən üç saat davam edən danışıqların yekununda heç bir ümumi kommünike imzalanmayıb. Qeyd olunub ki, bu, iştirakçılar arasında Ukraynaya hərbi kontingentlərin göndərilməsi ilə bağlı yaranan fikir ayrılıqları ilə əlaqədar ola bilər. Polşanın baş naziri Donald Tusk deyib ki, belə görüşlər qərarlarla başa çatmır, çünki bu hər hansı məcburi və yekun qərarlar qəbul edə bilən orqan deyil. Almaniya Kansleri Olaf Şolts jurnalistlərlə söhbətində etiraf edib ki, Aİ ölkələrinin öz sənaye və sosial sahələrinə zərər vermədən Kiyevə daha çox dəstək verməsi yalnız ayrıca maliyyələşdirmənin təşkili ilə mümkündür. Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Almaniya, İtaliya, Polşa, İspaniya, Niderland və Danimarka, həmçinin Böyük Britaniya liderlərini Parisdə qeyri-rəsmi görüşə dəvət etmişdi. Görüşdə Ukraynaya verilə biləcək təhlükəsizlik zəmanətləri müzakirə olunmalı idi.

Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, Parisdə keçirilən sammitdə Avropa liderləri arasında kəskin fikir ayrılıqları yaşanıb. Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) ölkələrinin nümayəndələri Ukraynaya qoşun göndərmək barədə razılığa gələ bilməyiblər:
"Almaniya, İtaliya, Polşa və İspaniya öz hərbi kontingentini Ukraynaya göndərmək istəmədiyini bildirib. Böyük Britaniya isə qoşunların göndərilməsini dəstəkləyib. Fransaya gəlincə, onlar atəşkəsdən sonra təmas xəttindən xeyli kənarda yerləşəcək sülhməramlıların göndərilməsi ideyasını ön plana çıxarıb. Aİ ölkələrinin bu məsələdə ortaq məxrəcə gələ bilməyəcəyi aydın idi. Çünki ittifaq daxilində ciddi fikir ayrılıqları var və son zamanlar qütbləşmə vəziyyətinə gəlib. Əsas qütbləşmə Fransa və Macarıstan arasındadır. Paris əvvəldən Rusiya-Ukrayna müharibəsinin davam etməsini müdafiə etdiyi halda Macarıstan savaşın bitməsi yönündə danışıqlar variantını təklif edirdi. Hətta Viktor Orbanın Rusiyaya səfər etməsi, Kiyev və Moskva ilə ayrı-ayrılıqda danışmasına görə Aİ-dən sərt mesajlar gəlmişdi. Təsadüfi deyil ki, Çexiya, Rumıniya və Sloveniya Avropa liderlərinin Parisdə keçirilən sammitinə dəvət edilməyib. Diqqətçəkən məqam isə bu ölkələrin Macarıstanla eyni düşüncədə olmasıdır. Onu da deyim ki, Fransa Prezidenti Emmanuel Makronun Parisdə çağırdığı fövqəladə toplantıya Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya, Niderland, Polşa liderləri, eləcə də Avropa Şurasının sədri Antonio Koşta, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və NATO Baş katibi Mark Rutte qatılmışdı".
Siyasi şərhçi vurğulayıb ki, Almaniya, İtaliya, Polşa və İspaniyanın öz hərbi kontingentini Ukraynaya göndərmək istəməməsi başadüşüləndir:
"Xüsusilə Almaniya sənayesinin enerjiyə ehtiyacı var və müharibənin bitməsini ən çox Berlin arzulayır. Almaniya sülhdən sonra Rusiyadan qaz alışının əvvəlki kimi olmasını istəyir. Polşaya gəldikdə isə Varşava müharibəyə ən yaxın ölkədir. Ukraynaya ən çox yardım edən ölkə də Polşadır. Lakin Varşava ilə Kiyev arasında narazılıqlar var. Bununla belə Polşa müharibənin öz ərazisinə keçməsini istəmir. Ümumilikdə Parisin təklifini daha məqbul saymaq olar. Onlar atəşkəsdən sonra təmas xəttindən xeyli aralıda yerləşəcək sülhməramlıların göndərilməsi ideyasını dəstəkləyib. Aydın məsələdir ki, Rusiya ilə Ukrayna arasında yekun sülh müqaviləsi imzalanmayacaq. Lakin atəşkəs sazişi imzalana bilər. Bu halda iki ölkənin sərhədində beynəlxalq missiyanın yerləşdirilməsi qaçılmaz olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi