
Parisin çirkin siyasəti: Fransa Senatı Azərbaycana qarşı daha bir mənasız sənəd qəbul etdi
11:34 17.01.2024
Siyasət
520
Fransa Senatında Azərbaycana qarşı sanksiya tətbiqinə çağıran qətnamə qəbul edilib.
Layihənin lehinə 295 səs, əleyhinə isə 1 səs verilib
Sözügedən qətnamənin Azərbaycan-Fransa münasibətlərinə təsiri barədə öz fikirlərini "Sherg.az" la bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu söyləyib ki, Fransa Azərbaycana qarşı çirkin siyasətini davam etdirir:
"Onlar İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə də bu siyasətdən əl çəkməyib. Fransa Senatında Azərbaycana qarşı sanksiya tətbiqinə çağıran qətnamənin qəbulu gözlənilən idi. Əvvələrdə buna bənzər mənasız sənədlər qəbul edilib. Fransanın Azərbaycana sanksiya tətbiq etməsi əməkdaşlığın aşağı səviyyəyə enəcəyi deməkdir".

Ekspert Azərbaycanın Fransadan heç bir asılılığının olmadığını vurğulayıb:
"Fransa bundan sonra çalışacaq ki, Avropa İttifaqı da Azərbaycana qarşı hansısa qətnamə qəbul etsin. Avropa İttifaqında ölkələrin bir çoxu rəsmi Bakı ilə əməkdaşlığın davam etdirməsindən yanadır. Fransa Senatının sözügedən qətnamasindən sonra Azərbaycan Parlamenti adekvat müzakirələr aparmalı və Fransanın siyasətinə qarşı qətnamə qəbul etməlidir. Fransa ilə iqtisadi münasibətlərə yenidən baxmaq lazımdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol