
Paşinyan çətin vəziyyətlə üzləşib
04:27 14.05.2024
Siyasət
401
Baş nazir indi elə etməlidir ki, Ermənistan dövlətinin suverenliyi daha böyük daşlar altında qalmasın “Üçüncü mərhələ isə daha təhlükəlidir, mümkündür ki, ordu daxilində Paşinyan əleyhinə olan qüvvələr Azərbaycanla sərhəd bölgələrdə silahlı təxribatların əmrvericisinə çevrilsinlər”
"Ermənistanda Baş nazir Nikol Paşinyana qarşı kilsə mərkəzli revanş götürmək cəhdi İrəvanı Azərbaycanla sülh proqramından geri döndərmək məramına xidmət edir". Bu sözləri "Sherg.az"a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib. Ekspert bildirib ki, bu plan Ermənistan vasitəsilə ölkədə vətəndaş qarşıdurmasının yaradılması, ardınca yarana biləcək xaotik durumdan regional qarşıdurmalar ssenarisinə keçidə hazırlıqdır:

"Paşinyana qarşı “Vətən uğrunda Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın “lider” olaraq önə çəkilməsi isə İrəvanın siyasətindəki kilsə ideologiyasını canlandırmaqdır. Bununla kənar oyunçular regionda öz güclərinin mərkəzləşdirilməsini yaratmağı hədəfləyirlər. Kilsə üçün verilən təlimat belədir ki, o, Ermənistanda ideoloji əsaslı sarı simlərə toxunaraq birinci növbədə Paşinyana qarşı olan siyasi qüvvələri və ictimai xadimləri eyni çətir altına toplasın. İkinci etapda vahid cəbhədə toplanan kütlənin hakimiyyətə qarşı itaətsizliyini təşkil etmək hazırlıqları dayanır. Artıq bununla əlaqədar çağırışlar artmaqdadır. Üçüncü mərhələ isə daha təhlükəlidir, mümkündür ki, ordu daxilində Paşinyan əleyhinə olan qüvvələr Azərbaycanla sərhəd bölgələrdə silahlı təxribatların əmrvericisinə çevrilsinlər. Deməli, Ermənistan daxilində narazı qruplar elə bir tezislərə inandırılır ki, ölkədəki zorakılıq gündəlik sabit hala çevrilsin".
Analitikin fikrincə, mümkün ssenarilərin bütün mərhələlər üzrə uğurla yekunlaşması çətin görünür: "Etirazlar hələlik Paşinyana qarşı böyük resurs imkanlarından məhrumdur. Etirazların Paşinyanı devirə biləcək silahlı müqavimət gücü yoxdur. Paşinyanın tərəfdarları və elektoratı önündə ideal qırılma xətti yarada bilmək potensialı zəifdir. Bununla belə, erməni kilsəsinin Azərbaycana nifrətindən istifadə edərək onun yönləndirilməsinə, idarə edilməsinə cəhdlər çoxala bilər. Bu, Paşinyanın hakimiyyət kreslosu üçün də təhdid komponentlərinin tərkib hissəsidir.
Buna görə də, Paşinyan kilsə əsaslı etirazların baza formalaşdıra bilmək qabiliyyətini araşdırmaq üçün təhlükəsizlik qüvvələrinə “reyd” keçirməyi tapşıracaq. Hər bir halda, Paşinyanın Azərbaycanla sülh gündəliyinə uyğunluq təşkil edən davranışları onu kilsənin, erməni lobbisinin, Rusiya, ABŞ, Fransa, İranın dişləri arasında sıxılmasına gətirib çıxarır. Çətin vəziyyətdə qalan Paşinyan indi elə etməlidir ki, Ermənistan dövlətinin suverenliyi daha böyük daşlar altında qalmasın.
Paşinyan etirazların kütləviləşməsi və ölkə boyunca yayılması halında mərhələli variantla çıxış edə bilər. Birincisi, Paşinyanın tərəfdarlarının etiraz aksiyalarının keçirilməsinə nail olmaqdır. İkincisi, Paşinyan elə gedişlər etməlidir ki, zorakılığa meyilli revanşist qüvvələrin öz daxilində parçalanma sürətlənsin. Bunun üçün Paşinyanın yeni tezislərə ehtiyacı olacaq ki, o, erməni cəmiyyətini regional dəyişikliklərə inandırma qabiliyyətini yüksəltsin. Mümkündür ki, bu tezislər Azərbaycanla sərhəddə hərbi təxribatdan sonra Bakının ata biləcəyi sərt addımlar fonunda daha da sağlamlaşsın".
Oxşar xəbərlər
Türkiyə səfiri: "Azərbaycanla münasibətlərimiz tarixdə ən yüksək mərhələni yaşayır"
16:00 11.05.2026
İlham Əliyev: "44 gün ərzində bizə təzyiq göstərənlər arasında nüvə dövlətləri var idi"
14:20 10.05.2026
Xəbər lenti
Hamısına bax
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya