
Paşinyan İrəvana qayıdan kimi Arutyunyanla görüşüb
Yusif Nəzərli
02:14 17.12.2021
Siyasət
747
Baş nazir razılaşmaların həyata keçirilməsi üçün terrorçuya xəbərdarlıqlar edə bilər
"Görünən budur ki, mövqelərin toqquşması mərhələsi özünü mövqelərin uzlaşdırılması mərhələsinə təhvil verir"
Ermənistan baş naziri Nikol Paşinyan Brüssel görüşünün ardınca Qarabağdakı separatçı tör-töküntülərin terrorçu rəhbəri Araik Arutyunyanı qəbul edib. Görüşün detalları ilə bağlı informasiya verilməyib. Xatırladaq ki, Brüsseldə Prezident İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə Qarabağ müzakirə olunmayıb. Rəsmi Bakı Qarabağla bağlı heç bir müzakirə aparmadığını və münaqişənin artıq keçmişdə qaldığını qəti şəkildə elan edib. Bu baxımdan Paşinyanın İrəvana qayıdan kimi terrorçu Arutyunyanla görüşməsi maraq doğurur. Bəzi ehtimallara görə, Paşinyan terrorçu Arutyunyana da mövcud reallığın tamamilə Azərbaycanın lehinə olduğunu, Qərbin Qarabağ söhbətinə yaxın durmadığını izah etmək istəyib.

Siyasi şərhçi Aqşin Kərimov da “Şərq”ə açıqlamasında bəyan edib ki, Nikol Paşinyan Araikə vəziyyətin heç də onların xeyrinə olmadığını deyib. Analitik qeyd edib ki, Paşinyan razılaşmaların həyata keçirilməsi üçün Araikə xəbərdarlıqlar edə bilər:
“Bu qənaəti gücləndirən amil budur ki, Brüssel təmaslarından dərhal sonra Paşinyan xoşməramlı fikirlər səsləndirdi. Üstəgəl, Azərbaycanın güclü hərbi resursu mövcuddur ki, onun bir hissəsini işə salmaqla antiterror əməliyyatları aparsın və separatçıları zərərsizləşdirsin. Təbii ki, bu məsələdə Rusiya ilə də razılıq əldə edilməlidir, axı ortada sülhməramlı faktoru var. Qərbdəki təmaslar Rusiyanın qəzəbinə səbəb ola bilər və onlar yenidən Araik kartını aktiv hala gətirər. Nəzərə alaq ki, Brüsseldə Fransa prezidenti Emmanuel Makronun da təşəbbüsü ilə görüş oldu. Fransanın da mövqeyi bəllidir. Azərbaycan ərazi bütövlüyünü tam formada bərpa etmək niyyətini açıq ifadə edib. Görünən budur ki, mövqelərin toqquşması mərhələsi özünü mövqelərin uzlaşdırılması mərhələsinə təhvil verir. Bununla belə, bu uzlaşdırmada da maraq toqquşması qaçılmazdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq
DİN aşkar olunan silah-sursatların sayını açıqladı
10:57 04.05.2026
Hadisə
SEPAH ABŞ-ni hədələdi: Hörmüzə yaxınlaşsanız, vuracağıq
10:41 04.05.2026
Gündəm
KTM: Ötən ay 79 nəfər zəhərlənib, 5-i ölüb
10:31 04.05.2026
Hadisə
DYP skuter istifadəçilərinə müraciət edib
10:08 04.05.2026
Cəmiyyət
"Inter" 21-ci çempionluğunu elan etdi
09:57 04.05.2026
Futbol
30 ilə hamımız Çin dilində danışacağıq - Nazir
09:54 04.05.2026
Gündəm