Politoloq: Bakı şahramanyanlara mütləq cavab verəcək
Yusif Nəzərli
02:44 26.12.2023
Siyasət
384
Azərbaycan Ordusunun məhv etdiyi separatçı qurumu dirçəltməyə cəhd edirlər
“Məlumata görə, Milli Məclis Qərbi azərbaycanlıların tarixi vətənlərinə qayıtması məsələsi ilə bağlı bəyanat qəbul edəcək”
Qarabağdan Ermənistana qaçan Samvel Şahramanyan Xankəndidə separatçı rejimin ləğvi ilə bağlı qərarından imtina edib və bildirib ki, keçmiş qondarma rejimin "qurumları"nın buraxılmasını nəzərdə tutan heç bir "hüquqi sənəd" yoxdur. O, hətta qondarma “qurumlara” vaxtarışı olaraq “hökumətə” məlumat verməyi tapşırıb. Onun “müşaviri” kimi təqdim edilən Vladimir Qriqoryan isə bildirib ki, Şahramanyan İrəvana qayıtdıqdan sonra separatçı rejimin fəaliyyətinin davam etdirilməsi ilə bağlı “fərman” imzalayıb və əsas sənəd bu qərardır. Beləliklə, separatçılar mövcudluqlarını davam etdirməkdə israrlı görünür. Xankəndidə verilən qərarla separatçı rejimin özünü buraxması 1 yanvar 2024-cü ilə qədər başa çatmalı idi. Lakin separatçıların qaçması və erməni əhalisinin Qarabağı tərk etməsindən sonra bu qərarın heç bir əhəmiyyəti qalmadı. Bundan sonra separatçıların İrəvanda “özünübərpası” da praktiki olaraq Azərbaycana təhlükə yaratmır. Ekspertlərin fikrincə, Şahramanyanın qərardan imtina etməsi isə Ermənistan daxilində qondarma “Artsax” ideyası ətrafında baş verən qarşıdurmadan qaynaqlanır. Amma bunun əsas zərbəsi də Ermənistan hakimiyyətinə dəyəcək.
Politoloq Zaur Məmmədov "Sherg.az"a deyib ki, Şahramanyanın qeyri-qanuni qurumunun özünü buraxmasını ləğv edən “fərman” imzalaması Ermənistan hakimiyyətinin çürük revanşist siyasətini səciyyələndirir. Ekspertin sözlərinə görə, şahramanyanların “qərarları” heç nəyə təsir etmir. Amma burada vacib məqam var:
"Bu addımlar Nikol Paşinyanın yanlış siyasətinin əksi və nəticəsidir. Çünki onun iradəsi olmadan Şahramanyan belə bir "fərman" imzalaya bilməz. Söhbət həm də Fransanın və digər ölkələrin bilavasitə dəstəyi ilə İrəvanın koordinasiya etdiyi siyasətdən gedir. Azərbaycan Silahlı Qüvvələrinin məhv etdiyi separatçı qurumu dirçəltməyə cəhd edirlər. Revanşist ruhda açıqlamalar verir, "Qarabağ üçün muxtariyyət" tələbləri irəli sürürlər. Bütün bunlar belə qənaət hasil edir ki, İrəvanın “sülh gündəmi” Fransa və Hindistan silahlarının çatdırılmasını gözləməklə vaxtı mümkün qədər uzatmaqdır. Əlbəttə, Bakı mütləq buna cavab verəcək. Məlumata görə, Milli Məclis Qərbi azərbaycanlıların tarixi vətənlərinə qayıtması məsələsi ilə bağlı bəyanat qəbul edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət