Prezident: XXI əsrdə islamofobiya, ksenofobiya və irqçiliyə yer olmamalıdır
06:05 08.03.2024
Siyasət
433
XXI əsrdə islamofobiya, ksenofobiya və irqçiliyə yer olmamalıdır.
"Sherg.az" xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində deyib.
Dövlət başçısı bildirib ki, terrorizm və ekstremizmi hər hansı bir din, millət, sivilizasiya və ya etnik qrupla əlaqələndirmək yanlış yanaşmadır: "Dindən siyasi məqsədlər üçün istifadə yalnız cəmiyyətlər daxilində nifaq və qarşıdurma yaratmağa xidmət edir. Bu təzahürlər, eyni zamanda, insanlığı humanizm ideallarından və ümumbəşəri dəyərlərdən məhrum edir, nəticədə sivilizasiyalararası münaqişələrə gətirib çıxarır.
Bugünkü tədbir Azərbaycanın müasir dövrün çağırışlarından olan islamofobiya ilə mübarizə əzmini nümayiş etdirir. Əminəm ki, konfrans islamofobiyaya qarşı birgə səylərlə mübarizəyə, dinlərin və inancların müxtəlifliyinə hörmətə əsaslanan tolerantlıq və sülh mədəniyyətinin təşviqi ilə bağlı yeni təşəbbüslərin irəli sürülməsinə töhfə verəcəkdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Füzulidə yanğınlar zamanı mina partlayışları baş verib
19:42 13.07.2026
Hadisə
Ermənistanı sülhdən uzaqlaşdırırlar - ŞƏRH
19:15 13.07.2026
Gündəm
Azərbaycana yola düşürəm, bu, bir fürsətdir - Pelleqrini
18:57 13.07.2026
Gündəm
D-8 Media Mükəmməllik Mərkəzinin hüquqi statusu hazırlanıb
18:54 13.07.2026
Media
Tramp İranın blokadasının bərpa olunduğunu elan edib
18:37 13.07.2026
Dünya
“Real”ın yeni kapitanı müəyyənləşdi
18:08 13.07.2026
Futbol
Vətəndaş Nikol Paşinyanı məhkəməyə verir
17:57 13.07.2026
Gündəm
OPEC: Azərbaycanda bu il ikinci rübdə neft hasilatı artıb
17:33 13.07.2026
İqtisadiyyat
Nəriman Həsənzadənin səhhəti ilə bağlı xəstəxana məlumat yaydı
16:21 13.07.2026
Mədəniyyət
Slaven Biliç Xorvatiya millisinin baş məşqçisi təyin olunub
16:15 13.07.2026
Futbol
Yeniyetməyə qarşı soyğunçuluq edən şəxs saxlanıldı
15:47 13.07.2026
Hadisə
6 ay ərzində narkotiklə bağlı 2848 şəxs tutulub, 30-u əcnəbidir
15:17 13.07.2026
Hadisə