
PUA - ların hücumu: "Savaş Rusiya ərazisinə keçib" - Vəziyyət gərginləşir
Yusif Nəzərli
15:29 30.05.2023
Siyasət
757
Mayın 30-da səhər saatlarında Rusiyanın paytaxtı Moskva şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum nəticəsində 2 nəfər yaralanıb.
Rusiya Müdafiə Nazirliyi (MN) məlumat yayıb ki, Moskvaya 8 təyyarə tipli pilotsuz uçuş aparatı hücum edib, onların hamısı vurulub.
Qeyd edilib ki, daha 5 PUA Moskvaətrafı bölgədə “Pantsir-s” zenit-raket kompleksi tərəfindən məhv edilib.
“Kiyev rejimi Moskvadakı obyektlərə pilotsuz uçuş aparatları ilə terror hücumu həyata keçirib”, deyə nazirlikdən bildirilib.
Ukraynanın əks hücum əməliyyatlarına başlaması ilə bağlı Zelenskinin açıqlaması olduğunu deyən siyasi şərhçi Elçin Xalidbəyli "Sherg.az"a vurğulayıb ki, Ukrayna prezidenti qrafikanın artıq təsdiqləndiyini bildirib:
"Ancaq ordunun nə zaman hərəkətə keçəcəyi ilə bağlı qərar qəbul edilməyib. Moskvaya olan hücum isə gözlənilən idi. Çünki son zamanlarda bir neçə belə hadisə baş vermişdi. Eyni zamanda nəzərə almaq lazımdır ki, müharibə yalnız bir ərazidə aparılan hadisə deyil. Yəni Kreml Ukraynaya müdaxilə etdiyi zaman hərbi əməliyyatlar və zərbələrin endirilməsinin Rusiyanın ərazilərində də baş tuta biləcəyini anlamalıydı. Biz indi həmin vaxtın çatdığını görürük".

Analitik əlavə edib ki, Ukrayna savaşı Rusiya ərazisinə sıçramağı başlayıb:
"Ruslar artıq müharibəni tam realllğı ilə hiss etməyə məcburdur. Əvvəllər televiziya qarşısında oturub Kiyevin necə vurulduğunu izləyirdilər. İndi isə proses tərsinə çevrilib. Digər tərəfdən Kreml rəhbərliyinin yaydığı bəyanat da absurddur. Məsələn bildirilir ki, Ukrayna Moskvaya PUA-lar ilə terrorçu hücum reallaşdırıb. Sual yaranır ki, bu müddət ərzində Kiyevə raket zərbələrinin endirilməsi normal idi, Moskvaya hücum isə normal deyil? Bu anormal yanaşmadır".
E.Xalidbəylinin sözlərinə görə, Ukrayna savaşı bumerang effekti verir:
"Yəni əgər Rusiya Kiyevə raket zərbələri endirməyə davam etsə, Ukrayna da cavab tədbirləri görəcək. Düzdür əvvəl Ukrayna ordusu Rusiyaya zərbə endirmək gücündə deyildi. Ancaq indi onlar müasir Qərb silahları ilə təchiz olunub. Ona görə də Moskva Ukrayna ordusu üçün əlçatandır. Yəqin yaxın gələcəkdə bu istiqamətdə hücumlar daha intensiv xarakter alacaq. Mən əminəm ki, bu intensivlik artdıqca Rusiya əhalisi ayılmağa başlayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm
Özbəkistan Məkkəyə hücumla bağlı bəyanat verdi
18:10 17.09.2026
Gündəm