Qaribaşvili: "Azərbaycan və Ermənistan arasında aktiv vasitəçiliyi davam etdirməyə hazırıq"
18:32 08.09.2021
Siyasət
935
"Gürcüstan hər zaman Cənubi Qafqazda əməkdaşlıq və dinc birgəyaşayışın tərəfdarı olub, biz bunu bir müddət öncə əməllərimizlə də sübut etmişik".
APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili "Facebook" hesabındakı paylaşımında belə qeyd edib.
Bildirib ki, Gürcüstanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında vacib sənədlərin, xəritələrin və saxlanılmış ermənilərin mübadiləsi uğurlu presedentdir və Gürcüstan tərəflər arasında etimadın yaradılması üçün aktiv vasitəçiliyini davam etdirməyə hazırdır.
"Bu uğurlu nümunə bizə regionda davamlı sülh, sabitlik və inkişaf üçün optimist olmağa əsas verir. Bu gün mən Nikol Paşinyana Gürcüstanın Azərbaycan və Ermənistan arasında inamın bərpası məqsədi ilə aktiv vasitəçilik rolunu davam etdirməyə hazırlığını bir daha təsdiqlədim. Bu, bütün region üçün çox vacibdir. Biz yeni ideyaları müzakirə etməyə və birlikdə yeni layihələr həyata keçirməyə hazırıq", - deyə İ.Qaribaşvili qeyd edib.
Baş nazir vurğulayıb ki, Ermənistanın siyasi və iqtisadi sabitliyi regionun sabitliyi ilə birbaşa əlaqəlidir. Onun sözlərinə görə, region ölkələrinin ortaq baxışı bölgəni tədricən yeni fürsətlər, inkişaf və sülh bölgəsinə çevirmək olmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Noyabrın əvvəlində inanılmaz sərvətə sahib olacaq BÜRCLƏR
08:18 02.11.2026
Şou
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm