Qatilə mərhəmət olmayacaq
Yusif Nəzərli
22:36 16.02.2022
Siyasət
871
Azərbaycan ən sərt addım ata bilər
Arutyunyanı Xankəndidən də “oğurlayıb” Bakıya gətirməyə imkanımız çatır
Baş Prokurorluq Qarabağ separatçılarının başçısı Araik Arutyunyanın məhkəmə qarşısına çıxarıla biləcəyini açıqlayıb. Arutyunyan haqqında cinayət işi açılıb və həbsi üçün İnterpola məlumat verilib. Amma həbsini gerçəkləşdirmək mümkün olmayıb. O, Azərbaycanda dinc əhaliyə qarşı terror törətməyə əmr verən şəxs olaraq müharibə cinayətləri törədib. Azərbaycan qanunvericiliyinə görə, ölkə ərazisində törədilmiş hər hansı cinayətə görə, prokurorluq cinayət işi qaldıra və onun icrasını həyata keçirə bilər.
Arutyunyanın İnterpol xəttilə və Bakı-Moskva arasında bağlanan qarşılıqlı hüquqi yardım haqqında razılaşmaya əsasən, Azərbaycana təhvil verilməsinin mümkün olduğu deyilir. Arutyunyan ancaq Moskvaya gedib-gəlir. Əgər Rusiya ilə razılıq mümkün olmasa, Bakı Moskvanın terroristi dəstəklədiyi məsələsini ortaya qoya bilər. Separatçının interpol xəttilə həbs edilib təhvil verilməsini Ermənistan da həyata keçirə bilər. Ancaq indiki halda Azərbaycanla Ermənistan arasında qarşılıqlı hüquqi yardım haqqında saziş yoxdur. Baş nazir Nikol Paşinyanın bu addımı atacağı ehtimalı isə çox zəifdir. Çünki Azərbaycan Baş Prokurorluğunun açıqlaması İrəvanda və Xankəndidə ciddi narahatlıq yaradıb.
Siyasi şərhçi Azər Rəşidoğlu “Şərq”ə açıqlamasında vurğulayıb ki, separatçı haqqında qərar Araik Arutyunyanın xarici ölkələrə səfərinə əngəl yarada bilər. Ekspert vurğulayıb ki, bəlkə də həbsi indiki halda real deyil, ancaq Arutyunyan bu qərardan sonra qondarma rejimi təmsil edə bilməyəcək:
“Əgər Azərbaycan diplomatik yollarla məsələnin həllinə çalışsa, separatçının həbsi də reallaşa bilər. İstənilən halda Qarabağda cinayətlər törətmiş şəxslərin beynəlxalq axtarışa verilməsi təqdirəlayiq addımdır. Düşünürəm ki, rəsmi Bakı hazırda özü nəzarət etmədiyi bölgələrdə gizlənmiş separatçılara müraciət etməli və onlardan könüllü şəkildə istintaqa təslim olmalarını tələb etməlidir. Onlardan bir qisminə daha yüngül cəzalar da verilə bilər. Lakin Arutyunyan kimi qatillərə heç bir əfv şamil oluna bilməz. Azərbaycanın güclü ordusu və kəşfiyyatı var. Onu Xankəndidən də “oğurlayıb” Bakıya gətirməyə imkanımız çatır. Vaxtilə Türkiyə dövləti baş terrorçu A.Öcalanı xarici ölkədən “qaçırdıb” gətirmişdi. Eyni addımı biz də ata bilərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi
Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu
17:01 30.09.2026
Gündəm
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
16:58 30.09.2026
Gündəm
Ombudsmanın aylıq maaşı 12 minə qaldırılır
16:51 30.09.2026
Gündəm
Hərbçilərin maaşı artırılır
16:49 30.09.2026
Sosial
İşçinin əli aparatda qaldı, 3 barmağı amputasiya olundu
16:39 30.09.2026
Hadisə
Dövlət qulluqçuları ilə bağlı qanun ilk oxunuşdan keçdi
16:28 30.09.2026
Gündəm
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir
16:26 30.09.2026
Sosial
Erməni bacılar Bakıya gəldi - VİDEO
15:43 30.09.2026
Cəmiyyət
KİV: Dubaydan Təl-Əvivə uçan daha bir sərnişin təyyarəsi geri dönüb
15:12 30.09.2026
Dünya
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
15:02 30.09.2026
Hadisə