Qərb dövlətləri müharibənin bitməsini istəyir
Yusif Nəzərli
10:00 13.08.2023
Siyasət
613
Qabil Hüseynli: "Ukraynanın ərazi bütövlüyü təmin olmayana kimi sülh danışıqları ola bilməz"
Kapitulyasiya yalnız Ukraynanın sülhə gəlməsinə kömək edəcək
Bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev deyib.
O bildirib ki, böhranın həllinin belə variantı nə Qərb, nə də Kiyev hakimiyyəti üçün qəbulediləndir: “Bölünmüş ölkənin səngərlərində əzab çəkən insanlara, həqiqətən, yalnız təslim olmaq lazımdır. Bu, bəlkə də sülhə yol açacaq. Amma nə Vaşinqton, nə də Kiyev sülh istəyir. Münaqişəyə son qoymaq istəməməsi ona gətirib çıxarır ki, Ukrayna ordusunun saxlanmasına milyardlarla dollar xərclənir. “Böyük əks-hücum” mifi “böyük dollar iqtisadiyyatı” mifini dəstəkləyir”.
Mövzu ilə bağlı “Sherg.az"a açıqlama verən tanınmış politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli bildirib ki, bu səfeh adam növbəti dəfə səhvə yol verib. Onun dediyinə görə, guya, sülh Ukraynanın kapitulyasiyası baş verərsə ola bilər: "Medvedyev kapitulyasiyanın, həmçinin Ukraynanın ət çəkən maşına verdiyi insan itkilərinidə dayandıra biləcəyini vurğulayıb. O, bu sözləri ilə öz ölkəsinin beynəlxalq hüquqa zidd olaraq Ukraynaya vəhşicəsinə hücum etdiyini, törətdiyi vandalizmi qəbul etmiş oldu. Lakin görünən odur ki, bu açıqlamarı verərkən cəbhə bölgəsində Rusiyanın Ukraynaya nəzərən daha çox əsgər itkisi verdiyini unudur".
Politoloq qeyd edib ki, bu adamların tamamilə ağlı çaşıb. Törətdikləri hərbi cinayətlərə baxmayaraq, özlərini haqlı hesab edirlər. Medvedyev sübut etdi ki, Rusiyanın başlıca problemi alkoqolizm deyil, ağılsızlıq, dərrakəsizlik və milli idrakın lazımi səviyyədə olmamasıdır: "Medvedyevin Qərbin Ukraynanın sülhə doğru addım atmasına qarşı olması ilə bağlı verdiyi açıqlamalarda həqiqət payı yoxdur. Qərb tərəfi müharibənin bu gündə dayandırılmasına razı ola bilərlər. ABŞ müharibə dövründə 130 milyard dollardan çox pul xərcləyib. Onlar Ukraynaya bu maddi yardımları Rusiyanın özbaşınalıqlarına son qoymaq üçün göstərirlər".
"Ukraynanın ərazi bütövlüyü təmin olmayana kimi sülh danışıqları ola bilməz. Ukraynanın mövqeyi budur və mən bu mövqeyi haqlı hesab edirəm. Qərb əlbəttə istəyir ki, müharibə bitsin. Amma bunun üçün Rusiya öz qoşunlarını Ukraynanın ərazisindən çıxarmalı, Ukraynada törətdiyi vəhşiliklərə görə təzminat ödəməlidir”,- deyə Q.Hüseynli vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens ABŞ-ın husilərlə birbaşa danışıqlar apardığını bildirib
19:10 14.09.2026
Dünya
Tək şagirdli məktəbə yoldaş gəldi! Sayı 2-yə yüksəldi
18:56 14.09.2026
Elm və Təhsil
Lənkəranda azyaşlı 3-cü mərtəbədən yıxılıb
18:46 14.09.2026
Hadisə
Azərbaycanla BƏƏ arasında sənədlər imzalanıb
18:30 14.09.2026
Gündəm
Bakıda skuter qəzası - Anbaan VİDEO
18:18 14.09.2026
Hadisə
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
18:15 14.09.2026
Sosial
Körpənizin ağlamasına bir az imkan verin!
18:03 14.09.2026
Cəmiyyət
Erməni nazir qondarma dövləti “diriltdi” -“Əcdadlarım ordandır”
17:44 14.09.2026
Region
11 aylıq Büşra körpə satılıb? Ananın etirafı, atanın təkzibi
17:11 14.09.2026
Hadisə
Ketrin Zeta-Cons Maykl Duqlasla 26 illik evliliyinin sirrini açıqladı
17:08 14.09.2026
Şou
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərildi
16:59 14.09.2026
Cəmiyyət
KTMT Özbəkistanla əməkdaşlıq imkanlarını nəzərdən keçirir
16:18 14.09.2026
Dünya
Türkiyənin məşhur iş adamının olduğu təyyarə qəzaya uğradı
16:09 14.09.2026
Hadisə
Nazir dərs saatlarının dəyişdirilməsindən danışdı
16:05 14.09.2026
Elm və Təhsil