Qərb Paşinyanın taxtdan düşməsinə imkan verməyəcək - TƏHLİL
Yusif Nəzərli
07:36 18.09.2025
Siyasət
594
Ermənistandakı müxalifətin hakimiyyətə gəlişi yalnız Rusiyanın birbaşa hərbi müdaxiləsi ilə mümkündür
Ermənistanın müxalifəti təmsil edən "Şərəfim var" fraksiyası parlamentdə Baş nazir Nikol Paşinyana etimadsızlıq göstərməyi planlaşdırır. Bildirilir ki, "Milli böhran və idarəetmədə uğursuzluqlarla əlaqədar Ermənistan Baş nazirinə etimadsızlıq göstərilməsi haqqında" bəyanatın mətnini fraksiya rəhbəri Hayk Mamicanyan sosial şəbəkələrdə paylaşıb.
Məlumatda milli birlik keçid hökumətinin formalaşdırılması təklif olunur: "Ermənistanın gələcəyinə inanan bütün siyasi qüvvələri, vətəndaş cəmiyyətini və ayrı-ayrı vətəndaşları hazırda hakimiyyət dəyişikliyinin ən real üsulu olan baş nazirə etimadsızlıq ifadə etmə prosesi ətrafında birləşməyə çağırırıq". Son günlərdə Ermənistan müxalifətinin Paşinyan hökumətinə qarşı təzyiqləri artmaqdadır. Sabiq Prezident Serj Sarkisyan və keçmiş müdafiə naziri Seyran Ohanyan öz tərəfdarlarına hökuməti devirməklə bağlı çağırışlar edirlər. Revanşistlərə görə, Paşinyan ya impiçment yolu ilə, yaxud zorla hakimiyyətdən getməlidir.
Təhlükəsizlik üzrə ekspert, siyasi şərhçi İlham İsmayıl Sherg.az-a deyib ki, 7 ildən artıqdır ki, Nikol Paşinyan hakimiyyətdədir və 44 günlük müharibədən sonra müxalifər düşərgəsi, revanşistlər hakimiyyət dəyişikliyinə nail olmağa çalışırlar. Ekspert vurğulayıb ki, ölkə müxalifəti 5 ildir hakimiyyətə gəlmək üçün cəhdlər edirlər:
"Hətta ötən illərdə keçirilmiş növbədənkənar seçkilərin acı nəticələrinə rəğmən, yenə də hakimiyyət uğrunda mübarizə aparırlar. Məsələ ondadır ki, ötən 5 ildə müxalifətin reytinqi, nüfuzu 5 faiz də olsa qalxmayıb, əksinə, aşağı düşüb. Baxmayaraq ki, müharibədə uduzan Paşinyan idi, amma onun ortaya qoyduğu sülhlə, təhlükəsizliklə, real Ermənistanla bağlı fikirləri Ermənistan cəmiyyətində daha çox qarşılıq gördü. Koçaryan-Sarkisyan 20 ildə nə qədər nifrət qazanıblarsa, insanlar müharibədəki məğlubiyyətə və digər problemlərə baxmayaraq, yenə də Paşinyana səs verdilər. Radikal qüvvələrin hakimiyyətə dinc yolla, seçkilərlə gəlməsi qeyri-mümkündür. Paşinyanı ancaq kənardan dəstəklənən dövlət çevrilişi ilə yıxmaq ehtimalı var. Xaricdən revanşistləri ən çox müdafiə edən Rusiyadır. Faktiki olaraq Ermənistandakı müxalif qüvvələrin hamısı Rusiyayönlüdür. Moskvanın indiyədək bütün cəhdləri, təşəbbüsləri nəticə verməyib. Amma Kreml Cənubi Qafqazdakı mövqelərini itirməmək üçün çevriliş üçün əlindən gələni edə, təzyiqləri artıra bilər".
Analitik son günlərdə S.Sarkisyan və S.Ohanyan kimi tiplərin fəallaşmasını da şərh edib:
"Sarkisyan və Ohanyan Rusiyaya açıq mesaj verirlər ki, "hakimiyyətə gəlsək, Vaşinqtonda imzalanmış sənəd qüvvədə qalmayacaq". Bir növ Kremldən kömək dilənirlər ki, Rusiya Paşinyanı devirməkdə onlara dəstək versin. Halbuki, cənab Prezidentimiz birmənalı vurğulayıb ki, paraflanmış sülh sənədi sadəcə iki rəhbər şəxs yox, iki dövlət arasında imzalanmış sənəddir. Əgər Ermənistandakı hansısa qüvvə bunu tanımasa, əleyhinə getsə, ABŞ-nin də əleyhinə gedəcək və dövlət kimi olan-qalan nüfuzunu itirəcək. Vaşinqtona qarşı çıxmış Ermənistan hökuməti ABŞ-dəki erməni lobbisinin dəstəyindən də məhrum qalacaq. Ermənistandakı müxalifətin hakimiyyətə gəlişi yalnız Rusiyanın birbaşa hərbi müdaxiləsi ilə mümkündür. Lakin bu, çox az ehtimaldır. Ukrayna ilə müharibə fonunda Rusiyanın Cənubi Qafqaza hərbi müdaxiləsi qeyri-real görünür. Onu da nəzərə alaq ki, Paşinyanın hakimiyyətini sadəcə onun özü yox, Qərb ölkələri də həm təhlükəsizlik, həm də informasiya baxımından baş naziri qoruyur. Qərb və Paşinyanın birgə fəaliyyəti revanşistlərin hakimiyyətə yiyələnməsinin qarşısını alacaq".
Oxşar xəbərlər
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak etdi
01:20 30.10.2026
Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının müzakirə edəcəyi məsələlər açıqlanıb
17:41 29.10.2026
Xəbər lenti
Hamısına bax
ADAU-da müəllimlərin kütləvi ixtisarı aparılıb
16:03 30.10.2026
Elm və Təhsil
Gəncədə yanğın-taktiki təlimi keçirilib
15:36 30.10.2026
Hadisə
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm