Rəsmi Bakıdan Paşinyana CAVAB: “İcazə verməyəcəyik”
Yusif Nəzərli
08:08 10.02.2022
Siyasət
389
Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva Ermənistan baş naziri Nikol Paşinyana cavab verib.
Bu barədə XİN-dən Oxu.Az-a daxil olan məlumatda bildirilib.
Leyla Abdullayeva deyib: “Maraqlıdır ki, hələ birinci Ermənistan-Azərbaycan müharibəsindən itkin düşmüş 4000-ə yaxın Azərbaycanlı barədə hər hansı məlumatı təqdim etmək üçün Ermənistanın 30 il gözləməyinin səbəbi nə olub?
Bununla bağlı indiyədək Ermənistan hökuməti tərəfindən hər hansı açıqlama verilməsə də, 30 ildən sonra itkin düşmüş minlərlə azərbaycanlıdan cəmi 108 nəfərin qalıqlarının verilməsinin səbəbləri sırasında, əlbəttə, azad olumuş ərazilərimizdə azərbaycanlıların kütləvi məzarlıqlarının aşkar edilməsi və dəlillərin beynəlxalq ictimaiyyətə təqdim edilməsi yer alır”.
Azərbaycan 44 günlük müharibədən dərhal sonra heç bir qarşılıq gözləmədən 1700-dən çox erməni hərbçisinin cəsədini humanizm prinsiplərindən çıxış edərək qarşı tərəfə təhvil verib.
“Qeyd etmək istərdik ki, Azərbaycan tərəfi itkin düşmüş şəxslərlə bağlı məsələni prioritet olaraq gündəlikdə saxlayır və hələ də taleyi barədə hər hansı məlumat olmayan 3700 dən çox azərbaycanlı barədə, o cümlədən kütləvi məzarlıqların yerinin müəyyən olunması üçün bu məsələdə bilavasitə məsuliyyət daşıyan Ermənistan tərəfinin növbəti 30 il susqunluğuna icazə verməyəcək”,-deyə Leyla Abdullayeva fikrini yekunlaşdırıb.
Xatırladaq ki, Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı son bir il ərzində hələ birinci müharibədən itkin düşmüş 108 Azərbaycanlının qalıqlarının Azərbaycan tərəfinə verildiyini bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Huawei”in yeni telefon markası “Starlight” olacaq
06:42 31.10.2026
Texnologiya
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
06:06 31.10.2026
Relaks
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol