Rusiya Əfqanıstana müdaxilə edəcəkmi, Talibanı nələr gözləyir? - TƏHLİL
Yusif Nəzərli
09:03 08.10.2021
Siyasət
701
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Əfqanıstandakı vəziyyətlə bağlı danışıb. O, Moskvanın İŞİD-in ölkədəki artan fəaliyyətindən narahatlığını ifadə edib. Zaxarova, həmçinin bildirib ki, Əfqanıstanla Tacikistan arasında vəziyyət gərginləşsə Rusiya müdaxilə etməli və ciddi tədbirlər görməli olacaq.
Əlbəttə, Talibanın aktivliyi, o cümlədən müvəqqəti olsa belə, hökumət yaratması Kremlin ürəyincə deyil. Şimal qonşumuz sözügedən radikal qruplaşmanın özünün Mərkəzi Asiyadakı təsir dairəsinə də müdaxiləsindən qorxur. Bu mənada Zaxarovanın bəyanatı Talibanın "qırmızı xətti" keçməməsi ilə bağlı ciddi mesaj idi.
Şübhəsiz, Rusiya ən son həddədək təmkinli davranmağa çalışacaq. Çünki Əfqanıstana hərbi müdaxilə ciddi problemlərə, təzyiqlərə səbəb ola bilər. Moskvanın gücü isə bildiyimizdən və ya bizə təqdim ediləndən daha azdır. İndi ona əlavə problem lazım deyil. Bu mənana Rusiya Talibana münasibətdə mümkün olduğu qədər "yumşaq güc" siyasətindən yararlanacaq. Psixoloji təsir isə bunlardan ən başlıcasıdır. Sözsüz ki, verilən açıqlamalar yeni hakimiyyətin əzmini qırmağa hesablanıb. Bundan sonra belə bəyanatların artacağı və daha radikal məzmunlu olması qətiyyən istisna deyil.
Tacikistanla Əfqanıstan arasındakı gərginliyin süni şəkildə, məhz Rusiyanın "dirijorluğu" ilə yaradılması da mümkündür. Ola bilsin, Moskva Əfqanıstana müdaxilə üçün "ayaq yeri" eləyir. Tacikistan vasitəsilə Talibanı hərbi əməliyyatlara təhrik edən Rusiya sonradan həmin dövləti müdafiə etmək adı ilə radikal qruplaşmaya ciddi zərbə vura bilər.
Düşünürəm ki, Taliban hakimiyyətinin uzun ömürlü olmasını istəyirsə, diqqətli olmalı, beynəlxalq kanyukturanı nəzərə alaraq addımlar atmalı, o cümlədən Moskvanın münasibətini görməzdən gəlməməlidir. Hakimiyyətini tam legitimləşdirməyənədək şəriət qaydaları qəbul etmək, radikal tədbirlər görmək də onun üçün "minus"dur. Hər halda Talibanın ilk hakimiyyəti dövründəki davranışı və bunun nəticəsi göz önündədir. Unutmayaq, tarix səhvləri bağışlamır.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol