“Rusiya hərbi təlimlərlə Türkiyəyə “göz dağı” vermək istəyir” – HƏDƏ!
Banuçiçək Kalbalıyeva
15:59 20.07.2020
Siyasət
1199
“"Qafqaz-2020" hərbi təlimləri həm də Azərbaycana təzyiqdir”
“Fikir vermək lazım deyil. Bunlar boş cəhdlərdir. Rusiyanın nə əvvəlki gücü, nə də qüdrəti qalıb”
Tovuz sərhədi boyunca Azərbaycan-Ermənistan gərginliyi davam edərkən, Rusiya prezidenti Vladimir Putin 150 minlik ordu ilə "Qafqaz-2020" hərbi təlimlərinin keçirilməsinə əmr verib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu bildirib.
Hərbi təlimlər regionun Cənub və Qərb hissəsində baş tutacaq.
Şoyqu bəyan edib ki, 56 taktiki təlim keçiriləcək: “Burada 150 minə yaxın hərbçi, 26 mindən çox texnika, 414 təyyarə, 106 gəmi iştirak edəcək. Təlimlər 35 təlim meydançası, Qara və Xəzər dənizində baş tutacaq".Xəzər və Qara dənizdə təlimlərə Şimali və Sakit okean üzrə hərbi dəniz qüvvələri də qatılacaq.
Rusiya prezidentinin qəfil əmri ilə bağlı “Sherg.az”a danışan Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Sərdar Cəlaloğlu bunun qardaş Türkiyəyə hədə olduğunu düşünür:
“Bildiyiniz kimi, son vaxtlar Rusiya ilə Türkiyənin maraqları toqquşur. Şimal qonşumuz hərbi təlimlərlə Türkiyəyə “göz dağı” vermək istəyir. Bu, həm də Azərbaycana təzyiqdir. Ümumiyyətlə, Putin hakimiyyətə gəldiyi andan etibarən özünü imperator kimi aparmaq, imperiya yaratmaq niyyətindədir. Ancaq fikir vermək lazım deyil. Bunlar boş cəhdlərdir. Rusiyanın nə əvvəlki gücü, nə də qüdrəti qalıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
13:52 03.11.2026
Cəmiyyət
Mobil telefonlar da POS-terminal sayılacaq
13:45 03.11.2026
İqtisadiyyat