Rusiya rəsmisi Qoşulmama Hərəkatının nüfuzundan danışıb
17:45 24.09.2024
Siyasət
440
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Verşinin çoxqütblü dünya nizamının qurulmasında Qoşulmama Hərəkatının nüfuzlu rolunu qeyd edib.
“Report” xəbər verir ki, bu barədə Rusiya XİN-in BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində baş tutan Qoşulmama Hərəkatına üzv ölkələrin nazirlərinin görüşünün yekunlarına dair məlumatında deyilir.
Sergey Verşinin çıxışında beynəlxalq münasibətlərin çoxqütblü sisteminin qurulmasında bu təmsilçi strukturun mühüm rolu sayəsində Hərəkatın qlobal miqyasda nüfuzunun əhəmiyyətli dərəcədə artdığını qeyd edib.
Görüşdə nazir müavini Rusiyanın Fələstin-İsrail münaqişəsinin həllinə dair prinsipial yanaşmalarını açıqlayıb, həmçinin Rusiya tərəfinin Qoşulmama Hərəkatı ilə, o cümlədən BMT-də qarşılıqlı fəaliyyəti daha da gücləndirməyə sadiqliyini təsdiqləyib.
Qeyd edək ki, Rusiya Qoşulmama Hərəkatında müşahidəçi statusuna malikdir. 2019-cu ildən Qoşulmama Hərəkatına üzv ölkələrin yekdil qərarına əsasən Azərbaycan üç il müddətinə bu quruma sədrlik etməyə başlayıb. 2022-ci ildə üzv ölkələrin yekdil qərarı ilə ölkəmizin Qoşulmama Hərəkatına sədrlik müddəti daha bir il uzadılıb.
Prezident İlham Əliyev Bakıda keçirilmiş “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib ki, rəsmi Bakı Qoşulmama Hərəkatına sədrlik etdiyi dörd il ərzində təşkilat daxilində çox səmimi ab-hava yaradıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sürücüləri əlavə xərcdən xilas etmək mümkündür - EKSPERT
15:23 13.10.2026
İnfrastruktur
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm
İranda silahlı toqquşma: ağır texnika yeridildi
14:20 13.10.2026
Region
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm