Rusiya və Ermənistanın fəallığı yetərli deyil
Yusif Nəzərli
01:10 26.11.2022
Siyasət
639
Dəmir yolunun tikintisində Bakının mövqeyi həlledici olacaq
Noyabrın 23-də İrəvanda Rusiya Prezidenti Putinlə Ermənistanın Baş naziri Paşinyanın ikitərəfli görüşündə Mehridən keçən dəmir yolunun tikintisi də müzakirə edilib. Bu barədə Nikol Paşinyan hökumətin iclasında bildirib. O deyib ki, Rusiya prezidentilə danışıqlar zamanı Horadiz-Mehri-Ordubad-Sədərək-Yeraşx dəmir yolunun bərpası üzrə işə başlamaq üçün ciddi imkanlar barədə müəyyən siqnallar alıb: "Əgər dünənki razılaşmalardan kənara çəkilmələr olmasa, dəmir yollarının bərpası məsələsində böyük investisiyalara ehtiyac yarana bilər və sevindiricidir ki, bizim belə imkanlarımız var”. Eyni zamanda o xatırladıb ki, bütün bu razılaşmalar təsdiqlənməli və qeydə alınmalıdır. “Ancaq ən yaxşısı odur ki, bizim maliyyə imkanları ilə bağlı problemimiz olmayacaq”. Paşinyanın dediklərindən belə nəticəyə gəlmək olar ki, Putin bu yolun tikintisi üçün lazımi vəsaitin ayrılacağını vəd edib. Xatırladaq ki, dəmir yolunun Mehridən keçən hissəsinin tikintisi məsələsi 2021-ci ilin dekabrında Brüsseldə həll olunub. Naxçıvanın Qərbi Azərbaycanla birləşdirilməsi üçün Ermənistan 45 kilometrlik dəmir yolu inşa etməlidir. Erməni tərəfinin hesablamalarına görə, buna 200 milyon dollar lazımdır.
Politoloq Elçin Xalidbəyli "Şərq"ə açıqlamasında vurğulayıb ki, Ermənistan Baş naziri Nikol Paşinyanın açıqlamaları ilə davranışları arasında həmişə ciddi ziddiyyətlər olur. Adətən, erməni baş nazir heç bir anlaşmaya sona qədər riayət etmir. Bir çox hallarda isə həmin anlaşmaların pozulması istiqamətində addımlar atır:
"Bu baxımdan, rəsmi İrəvanın Baş nazir Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında əldə olunduğu iddia edilən anlaşmaya riayət edəcəyi də hələlik müəyyən qədər şübhə doğurur. Ancaq bir məsələ dəqiqdir ki, beynəlxalq sanksiyaların tətbiqindən sonra Rusiyanın yeni nəqliyyat-kommunikasiya marşrutlarına ciddi ehtiyacı var. Kreml Zəngəzur dəhlizinə də belə bir yeni "nəqliyyat nəfəsliyi" kimi yanaşır. Ancaq bu "nəfəsliyin" məhz Rusiyanın nəzarəti altında olmasına çalışır. Təbii ki, bu məsələdə iki önəmli problem mövcuddur. Birincisi, Paşinyan hakimiyyəti Azərbaycanın qərb bölgələrini Naxçıvanla birləşdirəcək marşrutun dəhliz adlandırılmasına müqavimət göstərir. Böyük ehtimalla həmin marşrutun erməni baş nazir tərəfindən Horadiz-Mehri-Ordubad-Sədərək-Yeraşx dəmir yolunun bərpası kimi təqdim etməyə çalışması da məhz bu məqamla bağlıdır. Yəni rəsmi İrəvan dəhliz ifadəsindən yayınmağa cəhd göstərir.
Digər tərəfdən, rəsmi İrəvan hər hansı layihəyə maliyyə vəsaiti xərcləmək imkanında deyil, üstəlik, bunu istəmir. Ona görə də böyük ehtimalla erməni baş nazir bu məsələnin maliyyə tərəfinin həllini Rusiyanın üzərinə yükləməyə çalışır. Həmin marşruta nəzarət hüququ qazanmağa can atan Rusiya tərəfi də bununla razılaşmış ola bilər. Çünki bu dəmir yolu xəttinin bərpasına külli miqdarda maliyyə vəsaiti xərcləyəcək Rusiya bunun əvəzini almadan heç vaxt etməz. Yəni ola bilər ki, məhz bu səbəbdən də erməni baş nazir bu məsələnin həlli üçün Ermənistanın maliyyə problemi ilə üzləşməyəcəyini vurğulayıb".
Ekspertin fikrincə, bütün bunlara baxmayaraq, bu məsələnin yalnız Rusiya və Ermənistan arasında anlaşma nəticəsində həlli də inandırıcı görünmür:
"Çünki bu marşrut üzrə əsas tərəflərdən biri rolunda məhz Azərbaycan çıxış edir. Bu baxımdan, rəsmi Bakının mövqeyi həlledici olacaq. Digər tərəfdən, bu marşrutun işə salınmasında Rusiyadan başqa da maraqlı ölkələr var. Yəni belə bir önəmli məsələnin həllinə Avropa və Asiya ölkələrinin də mövqeyi təsir göstərə bilər. Hər halda bu nəqliyyat-kommunikasiya marşrutundan, daha dəqiq desək, Zəngəzur dəhlizindən istifadə edəcək dünya ölkələrinin Rusiyanın nəzarət iddiaları ilə razılaşacağını indidən əminliklə iddia etmək mümkün deyil. Və bu baxımdan, böyük ehtimalla Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putin ilə anlaşdığı üçün sevinməkdə bir az tələsmiş kimi görünür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
17:51 27.10.2026
Hadisə
Dövriyyədə olan nağd pulun həcmi 12 faizə yaxın artıb
17:09 27.10.2026
İqtisadiyyat
Türkiyə NATO-ya güzəştə getmədi - Montrö qərarının pərdəarxası
17:05 27.10.2026
Region
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
16:58 27.10.2026
Gündəm
Pəhləvi: Plan hazırdır, İran rejimini devirmək üçün fürsət yaranıb
16:46 27.10.2026
Gündəm
Köhnəlməyən səs yaddaşımız - AZƏRBAYCAN RADİOSU-100
16:15 27.10.2026
Media
Pezeşkian Moskvada səfərdədir
16:07 27.10.2026
Dünya
Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır
16:06 27.10.2026
Mədəniyyət