Avropa İttifaqının Ermənistan üçün viza rejiminin liberallaşdırılması ilə bağlı açıqlamaları İrəvana real təminat vermir.
Teleqraf xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Avropa Komissiyası Ermənistanın Baş naziri Nikol Paşinyanın viza rejiminin liberallaşdırılması ilə bağlı açıqladığı müddətləri faktiki olaraq təsdiqləmir.
“Bu, gözəl Avropa gələcəyi ilə bağlı vədlərin nə qədər qeyri-müəyyən olduğunu və Brüsselin Ermənistan dövlətinə praqmatik yanaşmasını göstərir”, – Qaluzin bildirib.
Rusiya XİN rəsmisi iddia edib ki, Avropa İttifaqı tərəfdaş ölkələri resurs və işçi qüvvəsi mənbəyi, həmçinin öz məhsul və xidmətləri üçün satış bazarı kimi görür.