"Sərhədlərin delimitasiyası 1921-ci ilin əsasında aparılarsa..."-AKTUAL
Yusif Nəzərli
08:59 31.10.2021
Siyasət
461
Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan bildirib ki, Bakı və İrəvan arasında sərhədin delimitasiya və demarkasiya prosesinin hansı xəritəyə əsasən aparılması ilə bağlı hələlik razılıq yoxdur. Lakin qeyd edib ki, xəritənin müəyyənləşməsi üzərində üçtərəfli işçi qrupu müzakirə aparır. Qriqoryanın açıqlamasında diqqət çəkən əsas məqam 1920-ci illərin xəritəsinə istinad etməsidir. Ermənistan mediası sərhədin 20-ci ilin xəritələri əsasında aparılacağını yazmışdı. Qriqoryan bu informasiyanı təsdiqləmir, lakin əlavə edir ki, “Ermənistan və Azərbaycan SSR arasında sərhədin demarkasiyası prosesi məhz 20-ci illərdə başladı və sonrakı xəritələr də o illərin məlumatlarına əsasən tərtib olunub”. Dərhal qeyd edir ki, 20-ci illərin xəritələrinin tamamilə Ermənistanın maraqlarına zidd olduğu fikri ilə razı deyil.
Siyasi şərhçi Asif Nərimanlı “Sherg.az”a açıqlamasında bildirib ki, Qriqoryanın açıqlaması Bakının 1920-ci illərin xəritələrinin əsas götürülməsi istəyində olduğundan xəbər verir.
Analitikə görə, hərçənd, 1920-ci illərin xəritələrində Bakı və İrəvanın fərqli yanaşması olduğu istisna deyil:
“Ermənistan 1926-1929-cu ilin xəritələrinə əsasən delimitasiyasının aparılması istəyir: bu illərdə Azərbaycan SSR-nin otlaq və əkin sahələri böyük ölçüdə Ermənistan SSR-yə verilib. Azərbaycan məhz 1921-cı ildə mövcud olan xəritə əsasında aparılması istəyir. Bu, Ermənistan SSR-yə otlaq sahəsi kimi verilən ərazilərin da qaytarılması ilə nəticələnə bilər. Söhbət hansı ərazilərdən gedir?
Bununla bağlı müxtəlif mənbələrə əsaslanan materiallar mövcuddur. Misal üçün, 1929-cu ilin fevralın 18-də Zaqafqaziya Mərkəzi İcraiyyəti Komitəsinin qanunsuz qərarı ilə Naxçıvanın 9 kəndinin və Kilit kəndinin torpaq sahələrinin bir hissəsi Ermənistan SSR-yə verilib: Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyəsinin Oğbin, Sultanbəy, Ağxəç, Almalı, İtqıran kəndləri, Ordubad dairəsinin Qorçevan kəndi, həmçinin, Kilit kəndinin əkin və otlaq sahələri; nəticədə Naxçıvanın ərazisi 5988 kvadrat kilometr azaldı. Bu, Türkiyə və Rusiya arasında 1921-ci ildə imzalanan Moskva və Qars müqaviləsinə də ziddir. Sərhədlərin delimitasiyası 1921-ci ilin əsasında aparılarsa, Ermənistana qanunsuz verilən əkin və otlaq sahələrinin qaytarılmasına nail ola bilər. Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsinin bir qismi Azərbaycan sərhədlərinə daxil ediləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət