
Səssiz təhlükə: Rusiya Qafqaza keçmişin xəritəsi ilə qayıdır - ŞƏRH
09:50 12.06.2025
Siyasət
708
Tofiq Zülfüqarov: “Medinskinin dedikləri sabahın müharibə ritorikası ola bilər"
Son günlərdə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin verdiyi bəyanatlar siyasi dairələrdə geniş müzakirə mövzusuna çevrilib. Ümumən, son dönəmlərdə Rusiyanın postsovet məkanına yönəlik siyasətində kəskin dəyişikliklərin şahidi oluruq. Bu proseslər, xüsusilə Ukrayna ilə münasibətlər fonunda daha qabarıq şəkildə özünü göstərməkdədir. O baxımdan Medinskinin son açıqlamaları təkcə Ukrayna ilə bağlı deyil, eyni zamanda digər keçmiş sovet respublikaları, o cümlədən Azərbaycan üçün də strateji əhəmiyyət kəsb edən bəzi mesajlar ehtiva edir.
Ekspertlərin fikrincə, belə bəyanatların təhlili Rusiya siyasətində formalaşan yeni konsepsiyanın mahiyyətini anlamağa və regionda mümkün geosiyasi dəyişiklikləri öncədən dəyərləndirməyə imkan verir.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov "Sherg.az"a deyib ki, savadlı və təşəbbüskar bir şəxs kimi Medinski, həm də Rusiya xarici işlər naziri Sergey Lavrovun mümkün varisi kimi nəzərdən keçirilir. Lakin onun danışıqlar heyətinin rəhbəri qismində səsləndirdiyi bəzi qalmaqallı fikirlər Kremlin Ukraynaya qarşı gələcək planlarının konseptual əsaslarını ortaya qoymaqdadır. T.Zülfüqarovun sözlərinə görə, danışıqlar heyətinin rəhbəri kimi qalmaqallı bəyanatında Medinski ya səhvən, ya da qəsdən Kremlin Ukraynaya qarşı gələcək fəaliyyətinin konseptual əsasını açıqladı:
"Medinskinin açıqlamalarından çıxarılan əsas nəticələr bunlardır. Rusiya Federasiyası Ukraynaya münasibətdə 1991-ci ildə qəbul olunmuş Almatı Bəyannaməsinin prinsiplərini rədd edir. Rusiya ilə Ukrayna arasında imzalanmış əvvəlki müqavilə və razılaşmalar siyasi baxımdan yenidən nəzərdən keçirilə və dəyişdirilə bilər. Prezident Vladimir Putin tərəfindən əvvəllər səsləndirilmiş “kim SSRİ-yə hansı sərhədlərlə daxil olubsa, həmin sərhədlərlə də çıxmalıdır” prinsipi, Moskvanın keçmiş sovet respublikalarına münasibətdə yeni siyasətinin əsasını təşkil edə bilər. Rusiya yalnız Ukraynanın işğal olunmuş ərazilərini Rusiya Federasiyasının bir hissəsi kimi tanıdığı halda atəşkəs rejiminə razılıq verə bilər. Medinskinin "Azərbaycan mövzusuna" dair bəyanatındakı tezislər əsas məsələ deyildi və bizim üçün qəbuledilməz olan siyasi leksika, əslində, Mariya Zaxarovanın cavabında təkzib edildi. Lakin səsləndirilmiş digər şərhlər - "strateji əməkdaşlıq münasibətləri kontekstində daha balanslı mövqe zərurəti" açıq və birmənalı şəkildə Azərbaycanın "Putin konsepsiyasına" qoşulmasına çağırış kimi səslənir. Yəni SSRİ-yə kim nə ilə daxil olubsa, onunla da çıxmalıdır. Əgər bu, həqiqətən belədirsə, o zaman Ermənistanın Batum və Moskva müqavilələrindəki sərhədlərə (9700 kv.km.) qayıdışı Cənubi Qafqazda yeni bir trendə çevrilə bilər. Odur ki, cənab Medinskinin "etiraflarının" davamı yəqin ki, getdikcə daha maraqlı olacaq". Keçmiş XİN başçısı vurğulayır ki, istər Ukraynanın, istərsə də Danimarka Krallığının ərazi bütövlüyünün qorunması həmin ölkələrin hökumətlərinin və xalqlarının vəzifəsidir: "Azad Qrenlandiya, Korsika və ya Azad Zəngəzur kimi anlayışlar isə müasir dövrün geosiyasi diskursunda getdikcə daha aktual şəkildə səslənir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Leyla Əliyeva Türkmənistanda səfərdədir
18:27 19.10.2026
Gündəm
Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib
17:33 19.10.2026
Media
Soyuq salamlaşma - Özgür Özəl Kamal Kılıçdaroğlunun üzünə baxmadı
17:23 19.10.2026
Gündəm
Tramp: Fransa ələ keçirilib, təcili sərhədlər bağlanmalıdır
17:18 19.10.2026
Gündəm
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
17:02 19.10.2026
Hadisə
Kiyevsiz sülh razılaşması mümkün deyil - Peskov
16:41 19.10.2026
Dünya
Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 70 mənzil alıb
16:07 19.10.2026
Sosial
Tramp Fransanı sərhədlərini dərhal bağlamağa çağırıb
15:44 19.10.2026
Gündəm
İsrail liderindən xəbərdarlıq: İstənilən an vura bilərik
15:22 19.10.2026
Dünya
Lavrov İrana səfər edib
15:15 19.10.2026
Dünya
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
14:43 19.10.2026
Sağlamlıq
Erməni nazir: Əsas vəzifəmiz Azərbaycanla sülh sazişi imzalamqdır
14:42 19.10.2026
Gündəm
“Oğlum ölmədi, öldürüldü” - Ana Mark Zukerberqi ittiham etdi
14:09 19.10.2026
Hadisə