Siyasi ədəbsizlikdir...
Yusif Nəzərli
07:50 17.02.2022
Siyasət
983
UNESCO erməni lobbisinin təsirinə düşərək hər yerdə “məhv edilmiş erməni mədəni irsi” axtarmağa çalışır
“Ermənistan UNESCO missiyasının Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri ilə bağlı manipulyasiya edərək yenidən “buynuz” çıxarmağa çalışır”. Bu barədə “Şərq”ə açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib. Analitik bildirib ki, fevralın 4-də keçirilən görüşdə UNESCO missiyasının Azərbaycana və Ermənistana göndərilməsinə dair razılıq ifadə edilib. Ancaq UNESCO erməni lobbisinin təsirinə düşərək hər yerdə “məhv edilmiş erməni mədəni irsi” axtarmağa çalışır: “Qurumun sözçüsü Tomas Mallard “Armenpress”ə deyib ki, qurum "Dağlıq Qarabağa" müstəqil texniki missiya göndərmək üzərində işləyir. İşlətdiyi “Dağlıq Qarabağ” ifadəsi qələtdir.
Bu qələti bəlkə də bağışlamaq olardı. Düşünərdik ki, cənab Mallard özünün lüğət leksikonunu Cənubi Qafqazdakı yeni reallığa uyğunlaşdıra bilməyib. Ancaq səbəb nə olursa-olsun, UNESCO Mallardın timsalında Azərbaycanın hədəf tablosuna çıxır. Birincisi, təşkilatın nümayəndəsi Dağlıq Qarabağ dedikdə nəyi nəzərdə tutur? Axı belə bir ərazi vahidi yoxdur. Onun dediyi Azərbaycanın suverenliyinə hörmətsizlik, erməni propaqandasına xidmətdən başqa bir şey deyil. İkincisi, təşkilat nə vaxtdan siyasi bəyanatlar verməyə başlayıb? UNESCO özünü Fransa Xarici İşlər Nazirliyinin bir departamenti kimi aparır və açıq-aydın erməni maraqlarına xidmət etdiyi görünür. “Dağlıq Qarabağ” ifadəsini də keçdik. Mallardın dediklərində gizlənən digər mahiyyəti də əfv etmək adekvat davranış olmaz”.
Ekspertin fikrincə, Azərbaycan belə bir missiyanın həyata keçirilməsi üçün 20 ildən artıq bir müddət ərzində israrlı şəkildə UNESCO-ya müxtəlif çağırışlar edib, bununla bağlı çoxsaylı məktublar ünvanlayıb:
“Ancaq qurum özü 2005-ci il üzrə hesabatında etiraf edib ki, Ermənistan bu səfərin qarşısına sədd çəkib. Belə əsaslandırma aparıb ki, Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır və səfərin məhz Ermənistan tərəfindən qarşısı alınıb. Qısası, təşkilat Azərbaycan torpaqlarının işğalda olduğu müddətdə Bakının müraciətlərini qulaqardına vurub. İndi isə fevralın 4-də əldə edilmiş razılığı saxta erməni tarixinin xeyrinə yönəldən birtərəfli operativlik nümayiş etdirir. Həmin müraciətlərə biganə qalan UNESCO indi, tez bir şəkildə ilk olaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “tarixi erməni izləri”ni axtarmağa çalışır. Cənab Mallard qeyd edir ki, mədəni irs mövzusu siyasi alətə çevrilməməlidir, amma belə qərəzli operativliklə mövzunu ermənilərin xeyrinə calamağa çalışır ki, bunun özü siyasi ədəbsizlikdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm