“Bu barədə danışmaq hələ tezdir. Rusiya bundan əvvəl Su-30 SM və MiQ-35 təyyarələrini təklif etmişdi. Azərbaycan isə imtina etmişdi. Bunun bir neçə səbəbi var. Birincisi, adıçəkilən təyyarələrin Azərbaycanın müharibə teatrına uyğun olmamasıdır. Bunu müdafiə naziri Zakir Həsənov da ötən günlərdə açıq bəyan etdi. İkincisi, Su-30 SM tez qəzaya uğrayan təyyarələrdəndir. Qiyməti də kifayət qədər bahadır. Rusiya digər tərəfdən Ermənistanla Su-30 SM satışına dair müqavilə imzaladı. İndi Azərbaycanın həm könlünü almaq, həm də üzləşdiyi maliyyə problemlərini silah satışı hesabına qapatmaq üçün yeni təkliflərlə çıxış edir”. Hərbi ekspert vurğulayıb ki, yeni təkliflər arasında tək təyyarələr deyil, digər məhsullar da var: “Fikrimcə bu, sadəcə təklifdir. Təklifin reallaşması üçün hələ bir çox prosedurlar lazımdır. Bu gün Azərbaycana Pakistan JF-17 “Thunder” təyyarəsini, “Eurofighter” Avropa konsorsiumu “Typhoon”, İsveç “Grippen” döyüş təyyarələrini təklif edir. Alternativ olan Qərbin daha müasir və yeni texnologiyalarını qoyub bu təyyarələrini almaq əslində Azərbaycan Ordusunun hələ uzun illər köhnə sovet-rus texnologiyasından asılı olması deməkdir”.Qeyd edək ki, Rusiya Ordu-2019 (Army-2019) Forumunda Azərbaycan Müdafiə Nazirliyinin heyəti üçün Su-34 və Su-35 döyüş təyyarələrinin təqdimatını keçirib. Rusiya tərəfi adı çəkilən təyyarələrin Azərbaycana ixracı üçün danışıqlara hazır olduğunu bəyan edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial