
Təsadüfi deyil: ABŞ-nin regionda ən böyük səfirliyi məhz İrəvandadır
Yusif Sultanoğlu
04:35 15.11.2023
Siyasət
406
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Frank Fallon ABŞ-nin Ermənistana təhlükəsizlik və humanitar sahədə dəstək verməsinin vacibliyini vurğulayıb. Amerikanın Ermənistana hərbi dəstəyi və Rusiyanı bu ölkədən sıxışdırmağa çalışması cəhdlərində yenidən Azərbaycan bəhanə kimi göstərilib. Konqresmen Qarabağın "işğal” edildiyini deməkdən çəkinməyib.
Ermənistan müdafiə nazirinin müavini də erməni ordusunun modernləşməsi üçün Pentaqondan yardım istəyib.
Siyasi şərhçi Həsrət Rüstəmov "Sherg.az"a deyib ki, bu cür bəyanatların əsas səbəbi ABŞ-nin Cənubi Qafqazda nəzarət imkanlarını artırmaqdan, buradan keçən kommunikasiyalarda və regional layihələrdə iştirakını təmin etməkdən qaynaqlanır.
Ekspert bildirib ki, ABŞ-nin regionda ən böyük səfirliyi məhz İrəvandadır və bu da təsadüfi deyil:
"ABŞ Cənubi Qafqazda Ermənistanı özünə bu yaxınlarda deyil, daha əvvəldən plasdarm seçib. Amerikalı konqresmenlərin bəyanatlarının digər səbəbləri sırasında ənənəvi xristian təəssübkeşliyi və ermənipərəstlik, həmçinin erməni lobbizminin təsirləri yer alır. Dünyaya demokratiya və insan hüquqları dərsi keçməyə iddialı olan bir dövlət üçün bu cür aşağı səviyyəli təəssübkeşlik utancverici olmalıdır. Ümumiyyətlə götürdükdə isə bu cür ədalətsiz mövqelərdən çox da narahat olmağa dəyməz. Əksinə, mövcud dünyanın siyasi reallıqlarına ayaq uydurmağımız lazımdır".

H.Rüstəmovun sözlərinə görə, bu cür bəyanatlar mütləq adekvat cavablandırılmalıdır:
"Amma bununla yanaşı, ABŞ və Avropa İttifaqı kimi dünya siyasətində böyük önəmi olan ölkələrlə öz dövlətimizin maraqları uğrunda ciddi diplomatik və siyasi səylər göstərməliyik. Çalışmalıyıq ki, yuxarıda sadalanan neqativliklərin xalqımızın maraqlarına ciddi ziyan vurmasına imkan verilməsin".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Saakaşvilinin hakimiyyətə qayıdışı ilə bağlı açıqlama
13:25 31.07.2026
Cənubi Qafqaz
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
13:01 31.07.2026
Siyasət
Fransa İspaniya ilə sərhəddə nəzarəti gücləndirdi
12:01 31.07.2026
Dünya
Karapetyanın evində axtarış aparılıb
11:54 31.07.2026
Region
FSB: Ukraynaya məlumat ötürməkdə şübhəli bilinən şəxs saxlanıldı
11:42 31.07.2026
Dünya
Bərdədə 79 yaşlı kişi kanala yıxılaraq boğulub
11:37 31.07.2026
Hadisə
Taleh Kazimov: Valyuta hərraclarında tələb kəskin azalıb
11:28 31.07.2026
İqtisadiyyat
Estetik cərrah və anestezioloqa hökm oxunub
11:16 31.07.2026
Cəmiyyət
Lənkəranda itkin kimi axtarılan şəxsin meyiti kanalda tapılıb
10:53 31.07.2026
Hadisə
Rusiyadan açıqlama: Ermənistan Azərbaycanla əvəzlənəcək
10:45 31.07.2026
Gündəm
Prezident Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi
10:39 31.07.2026
Gündəm
Azərbaycanda itkin düşən 10 nəfər tapıldı
10:19 31.07.2026
Hadisə