title
Yusif Sultanoğlu
06:08 15.11.2023
Siyasət
339
Azərkosmos Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı Ofisi ilə BMT-nin “Qlobal Saziş” təşəbbüsünə qoşulmasına dair əməkdaşlıq sənədi imzalayıb.
"APA-Economics" xəbər verir ki, Azərkosmos “Qlobal Saziş”ə qoşulmaqla kosmik fəaliyyət sahəsində davamlılığı planlaşdırmaq, həyata keçirmək, daxili imkanlarını gücləndirmək və beynəlxalq miqyasda daha geniş biznes ictimaiyyəti və digər maraqlı tərəflərlə öz təcrübəsini bölüşmək imkanı əldə edəcək. Həmçinin Azərkosmos ilə BMT arasında təcrübə mübadiləsinin aparılması, Azərkosmosun “Qlobal iqlim dəyişikliklərinin Azərbaycan Respublikasına təsirlərinin qiymətləndirilməsi üzrə hesabatı”na dair müzakirələr nəzərdə tutulur.
Azərkosmos BMT-nin “Qlobal Saziş”inin iştirakçısı olaraq öz fəaliyyətini 2021-2025-ci illəri əhatə edən “Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsi” də daxil olmaqla, ölkənin davamlı inkişaf prioritetlərinə, “yaşıl” inkişaf istiqamətlərinə, siyasətlərinə və öhdəliklərinə uyğunlaşdıracaq. Azərkosmos, o cümlədən davamlı inkişafla bağlı 17 hədəf üzrə BMT-nin təcrübəsindən yararlanacaq.
BMT-nin 17 hədəfdən ibarət “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” sənədində kosmik texnologiyaların rolu xüsusi əhəmiyyət kəsb edir. Hazırda kosmik texnologiyaların bir-biri ilə vəhdət təşkil edən iqtisadi, sosial və ətraf mühit sahələri üzrə istifadəsi olduqca aktualdır. Bu nöqteyi-nəzərdən kosmik texnologiyaların bu sahələrdə birbaşa və dolayı faydalarını görürük. Məsələn, peykdən alınan təsvir fermerə məhsuldarlığını artırmağa kömək edirsə, bu, birbaşa töhfə və nəticədir. Yoxsulluğun azaldılması kimi daha qlobal bir hədəfə təsir göstərirsə, bu, kənd təsərrüfatının səmərəliliyinin artırılmasına yönəlmiş dolayı təsir hesab olunur. Bir sözlə, dünyanın qarşılaşdığı böyük problemlərin, qlobal çağırışların həllində kosmosun imkanlarından istifadə olunur.
Qeyd edək ki, BMT-nin təşəbbüsü ilə 2000-ci ildə əsası qoyulmuş “Qlobal Saziş” 160-dan çox ölkədə 20 mindən artıq biznes və qeyri-biznes tərəfdaşlarını bir araya gətirən dünyanın ən böyük korporativ dayanıqlılıq şəbəkəsidir. “Qlobal Saziş” üzvlərinin əsas məqsədi öz strategiya və fəaliyyətlərini beynəlxalq səviyyədə qəbul edilmiş insan haqları, işçi hüquqları, ətraf mühitin qorunması ilə bağlı prinsiplərinə və “Dayanıqlı inkişaf üzrə 2030 Gündəliyi”nə uyğunlaşdırmaqdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Saakaşvilinin hakimiyyətə qayıdışı ilə bağlı açıqlama
13:25 31.07.2026
Cənubi Qafqaz
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
13:01 31.07.2026
Siyasət
Fransa İspaniya ilə sərhəddə nəzarəti gücləndirdi
12:01 31.07.2026
Dünya
Karapetyanın evində axtarış aparılıb
11:54 31.07.2026
Region
FSB: Ukraynaya məlumat ötürməkdə şübhəli bilinən şəxs saxlanıldı
11:42 31.07.2026
Dünya
Bərdədə 79 yaşlı kişi kanala yıxılaraq boğulub
11:37 31.07.2026
Hadisə
Taleh Kazimov: Valyuta hərraclarında tələb kəskin azalıb
11:28 31.07.2026
İqtisadiyyat
Estetik cərrah və anestezioloqa hökm oxunub
11:16 31.07.2026
Cəmiyyət
Lənkəranda itkin kimi axtarılan şəxsin meyiti kanalda tapılıb
10:53 31.07.2026
Hadisə
Rusiyadan açıqlama: Ermənistan Azərbaycanla əvəzlənəcək
10:45 31.07.2026
Gündəm
Prezident Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi
10:39 31.07.2026
Gündəm
Azərbaycanda itkin düşən 10 nəfər tapıldı
10:19 31.07.2026
Hadisə