Kimisi var qüvvəsi ilə regionda sabitliyi təmin etməyə çalışır, kimi də meydanı qızışdırır. Əlbəttə, öz mənafeləri naminə. Politoloqlar lokal hərbi əməliyyatların genişmiqyaslı döyüşlərlə əvəzlənəcəyini də istisna etmirlər.
““Tovuz təxribatı”nda Rusiya birbaşa maraqlıdır” – DETALLI İZAH
Banuçiçək Kalbalıyeva
13:35 18.07.2020
Siyasət
1495
“Çünki Ermənistan Azərbaycan ordusunun hərbi zərbələrindən sonra Moskvanın əhəmiyyətini dərk etməlidir”
“Eyni zamanda Kreml çalışır ki, Azərbaycanın hərbi və strateji imkanlarını sarsıtmaqda ölkəmizi gözü kölgəli vəziyyətə salsın”
Artıq dünyanın-Türkiyənin, Rusiyanın, Gürcüstanın, İranın, ABŞ-ın, Ukraynanın…diqqəti Azərbaycanda, Tovuzdakı lokal hərbi əməliyyatlardadır. Atışmaların niyə Dağlıq Qarabağda yox, məhz burada başlaması və nə ilə bitəcəyi hamıya maraqlıdır.
Kimisi var qüvvəsi ilə regionda sabitliyi təmin etməyə çalışır, kimi də meydanı qızışdırır. Əlbəttə, öz mənafeləri naminə. Politoloqlar lokal hərbi əməliyyatların genişmiqyaslı döyüşlərlə əvəzlənəcəyini də istisna etmirlər.
BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru, Qarabağ Komitəsi İdarə Heyətinin üzvü Sabir Məmmədli “Sherg.az”a açıqlamasında təxribatın Tovuzda törədilməsinin məqsədli olduğunu deyib:
“Dövlət sərhədlərimizin Tovuz bölgəsi hissəsində Ermənistanın Azərbaycana qarşı açıq-aşkar hərbi əməliyyatlara başlaması düşmənin Vətənimizə qarşı təcavüzünün yeni bir mərhələyə daxil olmasıdır. Ermənistan Azərbaycana təcavüz istiqamətini dəyişib. Qarabağ bölgəsindən deyil, birbaşa iki ölkə arasında olan dövlət sərhədinin Tovuz rayonu hissəsində həyata keçirməklə dünya ictimaiyyətin fikrini dəyişmək istəyir.
Məqsəd nəzərləri işğal edilmiş Qarabağ torpaqlarımızdan yayındırmaq, beynəlxalq aləmin yaddaşında Qarabağ müharibəsini unutdurmaq, arxa plana keçirmək məqsədini güdür. Eyni zamanda düşmən ölkənin rəhbərliyi Rusiya Federasiyası ilə öz maraqlarını və ambisiyalarını uzlaşdıra bilmədiyi üçün Azərbaycan-Ermənistan sərhəddində hərbi əməliyyatlara başlamaqla Rusiyanın patronajlığı ilə fəaliyyət göstərən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının əhəmiyyətsizliyini gündəmə gətirməyə, Rusiyadan uzaqlaşmağa çalışır və Avropada yeni havadarlara üz tutmaq məqsədini güdür.
Amma Rusiya Ermənistanı öz forpostu kimi saxlamağa çalışır və bu niyyətlərdən əl çəkmək fikrində deyil. Beləliklə, Ermənistan hakimiyyətini cəzalandırmaqda maraqlıdır. Bu məqsədə nail olmaq üçün Rusiya pərdəarxası Azərbaycanın təsir imkanlarından, Ermənistana qarşı döyüşmək istəyindən yararlanmaq istəyir. Bunun üçün iki ölkə arasında genişmiqyaslı hərbi toqquşmalara gətirib çıxaracaq hadisələrə rəvac verməkdən çəkinmir”.
Professorun sözlərinə görə, davam edən hərbi əməliyyatlarda Rusiya birbaşa maraqlıdır:
“Nəzərə alsaq ki, Ermənistan ordusunun tərkibində saysız-hesabsız rusmeyilli qüvvələr mövcuddur. Həmin qüvvələrin Ermənistan rəhbərliyini bu ssenariya yönəltməsi o qədər də çətin olmayıb. Nəticədə iyulun 12-də Ermənistanın Azərbaycana qarşı başladığı təcavüz həm düşmən ölkənin öz hesablamalarına, həm də Rusiyanın birbaşa maraqlarına cavab verən hadisələrdir. Ermənistan Azərbaycan ordusundan hərbi zərbələr almaqla Rusiyanın “əhəmiyyətini dərk etməli”dir.
Eyni zamanda Rusiya çalışır ki, Azərbaycanın hərbi və strateji imkanlarını sarsıtmaqda ölkəmizi gözü kölgəli vəziyyətə salsın. Rusiya iki dövlət arasında müharibəni qızışdırmaqda maraqlıdır. Şimal qonşumuz Azərbaycana da təsir imkanlarını gücləndirir. Döyüş bölgəsinə yaxın ərazilərdən beynəlxalq layihələrin nəticəsi olan neft, qaz boru xətləri, dəmir yolu keçir. Rusiya bu məsələlərə nüfuz etməyə çalışır. Bununla, Avropa ölkələrinə göz dağı vermək istəyir”.
S. Məmmədli, həmçinin Türkiyənin məsələyə münasibəti barədə də danışıb:
“Bölgədə hərbi əməliyyatların genişlənməsi qardaş Türkiyənin də proseslərə cəlb olunmasına gətirib çıxaracaq. Rusiya bu variantı istisna etmir və müəyyən mənada Türkiyənin diqqətini Suriyadan, Liviyadan yayındırmağı və həmçinin zəiflətməyi düşünür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm
Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planlaşdırır
19:53 18.09.2026
Dünya
Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan
19:45 18.09.2026
Cənubi Qafqaz
“Neftçi” yubiley oyununda Qəbələdən qələbə ilə ayrıldı
19:36 18.09.2026
Futbol
Narkotik araşdırmasında məşhurlardan 21 nəfər saxlanılıb
19:02 18.09.2026
Hadisə