"Ermənipərəst senator Adam Şiff növbəti dəfə ciddi tənqid hədəfinə çevrildi. Bu dəfə onu ABŞ Prezidenti Donald Tramp hədəf alıb".
Sherg.az xəbər verir ki, bu fikirləri Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib.
Politoloqun sözlərinə görə, Donald Tramp Ağ Evdə akkreditə olunmuş jurnalistlərlə keçirilən şam yeməyi zamanı demokrat senator Adam Şiffi istehzalı şəkildə tənqid edib.

Əlisahib Hüseynov bildirib ki, Tramp çıxışında Ağ Evin Jurnalistlər Assosiasiyasının qala şam yeməyinə bir kloun dəvət etməyi planlaşdırdığını, lakin Adam Şiffin həmin axşam məşğul olduğunu deyərək senatoru dolayı yolla "kloun" adlandırıb.
Bundan əlavə, ABŞ Prezidenti Adam Şiffi "dəhşətli insan" və "yalançı" adlandırıb, onun xarici görünüşü ilə bağlı da istehzalı ifadələr işlədib. Tramp bildirib: "Şiff indiyə qədər gördüyüm ən böyük başa və karandaşa bənzəyən nazik boyuna malikdir."
Əlisahib Hüseynovun sözlərinə görə, şam yeməyində iştirak edən jurnalistlər və digər qonaqlar Trampın Adam Şiff barədə səsləndirdiyi sarkazm dolu fikirləri təbəssümlə qarşılayıblar.
O xatırladıb ki, Tramp daha əvvəl də Adam Şiff haqqında oxşar məzmunlu istehzalı açıqlamalar verib.
Politoloq bildirib ki, Adam Şiff uzun illərdir Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib və erməni lobbisinə yaxınlığı ilə seçilib. Onun fikrincə, senator müxtəlif vaxtlarda Azərbaycana qarşı təzyiq göstərməyə və təxribat xarakterli çıxışlar etməyə çalışıb.
Sonda Əlisahib Hüseynov qeyd edib ki, Trampın son açıqlamaları Adam Şiffə münasibətini bir daha nümayiş etdirib.