Tramp: İtaliyanın baş naziri yaxşı insandır, amma səhvə yol verib

"İtaliyanın Baş naziri Giorgia Meloni əslində yaxşı insandır, amma sonradan münasibətimiz pisləşdi. Vəziyyət bir az da pisləşdi, çünki o, bizə yenidən kömək etməkdən imtina etdi".

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" şəbəkəsindəki paylaşımında qeyd edib.

"Onun mənə yaxınlaşmaması üçün məhkəmə qərarına ehtiyac ola bilər. Düşünürəm ki, o, həqiqətən də yaxşı insandır, amma səhvə yol verib", - deyə Tramp İtaliyanın İrana qarşı müharibədə yardım göstərməkdən imtina etməsinə toxunaraq bildirib.

Tramp kömək etməsi üçün Meloniyə güclü təzyiq göstərmədiyini deyib: "İtaliyanın özünü kənara çəkməsi, münasibətlərimizi korladı".