Türkiyə Rusiya- Ukrayna prosesində fəallaşacaq
Yusif Nəzərli
06:35 20.01.2022
Siyasət
1047
Məlum olduğu kimi, Türkiyə Rusiya ilə Ukrayna arasındakı böhranda neytrallığını qorumağa davam edir. Bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın Ankaranın vasitəçiliyini təklif etmişdilər. Onlar bildirmişdilər ki, Türkiyə sabitlikdə, məsələlərin diplomatik yolla həllində maraqlıdır.
Moskva buna rəsmi cavab verib. Kreml sözçüsü Dmitri Peskov Türkiyənin vasitəçilik təşəbbüsünə mənfi yanaşmadıqlarını söyləyib: "Biz heç bir dövlətin vasitəçiliyinə etiraz etmirik". Əlbəttə, Rusiyanın bu cavabı heç də təəccüblü deyil. Şimal qonşumuzun qardaş ölkənin vasitəçilik təklifindən imtina etməsi dekonstruktiv mövqe kimi qiymətləndiriləcək və beynəlxalq ictimaiyyətdə ona qarşı olan hiddəti daha da artıracaqdı. Şübhəsiz, Rusiyada bunu başa düşməmiş deyillər. Elə ona görə sülhdən yana olduqlarını göstərməkdən ötrü belə açıqlama veriblər.
Hazırda tərəflər arasında ən real vasitəçi məhz Ankaradır. Çünki Türkiyənin hər iki tərəflə yaxşı münasibətləri var.
Qərb, o cümlədən ABŞ rəsmiləri, az qala, hər gün Rusiyaya xəbərdarlıq edir, müharibə başlayacağı təqdirdə ağır sanksiyalar tətbiq edəcəklərini deyirlər. Özü etiraf etsə də, etməsə də, bu, Rusiyanı çəkindirir. Əks halda, bəlkə də, çoxdan Ukraynaya hücuma keçmişdi. Türkiyə NATO dövləti olmaqla yanaşı, həm də Qərbin regiondakı təmsilçisidir. Böyük ehtimalla, Moskva Ankara ilə münasibətlərini yaxşı saxlamaq, həmçinin onun vasitəçilik təşəbbüsünə "hə" deməklə Qərbdən gələ biləcək təhdidlərin qarşısını almaq istəyir. Bu mənada Türkiyənin Rusiya üçün bir növ "qalxan" rolunu oynaya biləcəyini desək, yəqin, yanılmarıq. Şübhəsiz, Türkiyənin vasitəçiliyi təkcə Rusiyanın yox, Ukrayna və Qərbin də ürəyincədir. Çünki Avropa hər nə qədər Kiyevin yanında olduğunu desə də, Ukraynanın Rusiya ilə müharibə aparacaq gücü yoxdur. Birdən- birə geri çəkilmək isə Vladimir Zelenski hakimiyyətinə qarşı daxili narazılıqlara səbəb ola bilər. Bu mənada Ankaranın işə qarışması Kiyev üçün "göydən düşmədir". Qərb isə bilir ki, Türkiyə Rusiyanın "damarını tutmağı" yaxşı bacarır. İkinci Qarabağ müharibəsindən sonrakı dövr də bunu göstərdi.
Türkiyənin vasitəçilik missiyası savaş ehtimalını xeyli aşağı salacaq. Hətta güman etmək olar ki, qardaş dövlət tərəflər arasında kompromisə nail ola bilər. Bu isə dediyimiz kimi, indiki halda bütün tərəflər üçün arzuolunandır. Çünki genişmiqyaslı hərbi əməliyyatların başlanması nəinki iştirakçılar, planet üçün ciddi təhlükə vəd edir. Demeli, yaxın gələcəkdə Türkiyənin proseslərdə daha da fəallaşması gözləniləndir.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya
Peskov: Rusiyaya atəşkəs yox, sülh lazımdır
10:31 02.10.2026
Dünya