“Türkiyə Talibana görə maraqlarının üstündən xətt çəkməz”
13:55 15.09.2021
Siyasət
472
Qətərin Baş nazirin müavini, xarici işlər naziri Məhəmməd bin Abdel Rahman Al Tani bazar günü Kabilə gəlib. Bu barədə jurnalistlərə Taliban hərəkatının Qətər siyasi ofisinin rəsmi nümayəndəsi Məhəmməd Sohail Şahin məlumat verib. O, müvafiq suala belə cavab verib: "Bəli, təsdiqləyirəm". İkinci bir məlumata görə, tezliklə Əfqanıstan Kabil hava limanda Rusiya və Türkiyədən təyyarələri qəbul edəcək. Bu barədə mülki aviasiya departamentinin direktoru Maulavi Abdul Hadi Hamdar bəyan edib. “Son bir neçə gündə Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Qətər və Pakistandan uçuşlarımız olub, tezliklə Rusiya və Türkiyəyə reyslərə başlayacağıq”, - deyə Hamdar bildirib.
Taliblərin yüksək rütbəli komandiri Vahidulla Haşimi isə bəyan edib ki, əfqanıstanlı qadınlar kişilərlə birlikdə işləməməlidirlər. Beləliklə, Əfqanıstandakı qadınlar dövlət idarələrində, banklarda, mediada, əksər şirkətlərdə işləmək imkanından məhrum olacaqlar. Haşiminin sözlərinə görə, hərəkat Qərbin etirazına baxmayaraq, şəriət və İslam qanunları ilə bağlı baxışlarını tam şəkildə yerinə yetirməyə qərar verib. “Zərif cinsin nümayəndələri yalnız kişilərin olmadığı yerdə işləyə biləcək”, - deyə o, bildirib. Haşimi, evdən kənarda qadınlarla kişi arasında əlaqələrin həkimə getmək kimi müəyyən şərtlərdə icazə veriləcəyini əlavə edib.
Bütün bunlar onu deməyə əsas verir ki, Taliban hakimiyyətini uzunmüddətli etməkdə israrlıdır. Əfqanıstandakı vəziyyət barədə “Sherg.az”a danışan BDU-nun müəllimi, beynəlxalq məsələlər üzrə ekspert Sultan Zahidov qərarların gözlənilən olduğunu bildirdi:
“İqtidara gələn istənilən qüvvə hakimiyyətini möhkəmləndirməyə çalışır. Məlum olduğu kimi, ölkədə sosial-iqtisadi vəziyyət ağırdır, xeyli narazılıq var. Talibanın daxildə sabitlik, təkhakimiyyətlilik yaratmaq üçün belə tədbirlər görməsi təbiidir. Nəzərə almaq lazımdır ki, sözügedən radikal qruplaşma hələ ölkədə suverenliyini tamamilə təmin edə bilməyib. Ona görə də “islahatlarla” xalqın heç olmasa, müəyyən hissəsinin inamını qazanmağa çalışır. Xarici siyasət baxımından Türkiyə, Qətər və Çinlə əlaqələr də təəccüblü deyil. Qətərlə Talibanın əlaqələri həmişə yaxşı olub. Qətər bu qruplaşmanı tanıyan ilk dövlətlərdəndir. Hətta Qətərdə Talibanın qeyri-rəsmi iqamətgahı yaradılmış və sonradan ABŞ-la danışıqlar həmin ofisdə baş tutmuşdu. Türkiyənin hazırkı xarici siyasətinə nəzər saldıqda isə Ankaranın islam ölkələri ilə probleminin olmadığını deyə bilərik. Əksinə, təmaslar daha da sürətlənir. Xüsusilə Əfqanıstandan keçən nəqliyyat-kommunikasiya dəhlizi qardaş ölkənin maraqları daxilindədir. Türkiyə Talibana görə maraqlarının üstündən xətt çəkməz”.
S. Zahidov, həmçinin Rusiyanın Talibana münasibətindən söz açdı:
“Hər bir dövlətin milli maraqları var. Kiçik dövlətlərdə bu, sərhəd təhlükəsizliyi məhdudlaşır. Rusiya kimi daha böyük güclər isə həm də yaxın ətraflarında sabitliyin təmin olunmasında maraqlıdır. Bu mənada Əfqanıstandakı radikal islamizm Mərkəzi Asiyaya keçsə, çox güman, Moskvanın müdaxilə ehtimalı istisna deyil. Bu, KTMT-nin nizamnaməsinin səkkizinci maddəsi ilə də tənzimlənir. Amma unutmayaq ki, Rusiya SSRİ deyil. SSRİ Əfqanıstanda öz maraqlarına uyğun hakimiyyət yaratmaq naminə 1979-cu ildə ölkəyə müdaxilə etmişdi və bu, ona ucuz başa gəlməmişdi. Rusiyanın istədiyi isə sadəcə qonşu ərazilərdəki sabitlikdir. Fikrimcə, Kreml sələfinin səhvindən dərs çıxaracaq və ciddi səbəb olmadan Əfqanıstana girməyəcək”.
Ekspert onu da əlavə edib ki, Taliban hakimiyyətinin ilk dövründəki səhvlərdən nəticə çıxarmalıdır:
“Bildiyiniz kimi, Taliban 1996-2001-ci ildə də hakimiyyətdə idi. O zaman digər radikal qruplaşmalara, o cümlədən Əl-qaidəyə sığınacaq verdi və bu, digər dövlətləri qıcıqlandırdı. Çünki kimsə regionda radikal islaminizm tərəfdarı deyil. Bu, terrora rəvac vermək deməkdir. Məhz həmin səhvə görə Taliban hakimiyyətdə çox qala bilmədi. İndi hakimiyyətdə olanların böyük əksəriyyəti 1996-2001-ci illərdə də hökumətdə təmsil olunurdu. Çox güman, radikal qruplaşma fəaliyyət istiqamətində ciddi dəyişikliyin olmayacağı barədə mesaj verir. Daxildə də qruplaşmanın olduğunu yaddan çıxarmamalıyıq. Bu, hökuməti zəiflədə bilər. Ümumiyyətlə, Talban uzunömürlü olmaq istəyirsə, gərək terroru himayə etməsin”.
Kənan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media