
Türkiyə və İsrail arasında “buzlar əriyir”
Yusif Nəzərli
12:34 07.10.2022
Siyasət
539
“Hər iki ölkə indiki şəraitdə regional qarşıdurmanın onların ziyanına, 3-cü qüvvələrin isə xeyirinə işləyəcəyini yaxşı dərk edir”
Türkiyə-İsrail münasibətlərinin normallaşması prosesində daha bir mühüm addım atılıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı sərəncamla İsrailə səfir təyin edilib. Şakir Özkan Torunlar 4 il aradan sonra Türkiyənin İsrailə təyin etdiyi ilk səfir olub.
Xatırladaq ki, İsrail ötən ay Türkiyəyə İrit Lillianı səfir təyin etmişdi.

Tərəflərin regional və beynəlxalq vəziyyəti nəzərə aldıqlarını deyən politoloq İlqar Vəlizadə “Sherg.az”a bildirib ki,Türkiyə və İsrail öz maraqlarını tənzimləmək niyyətindədilər:
“Hər iki ölkə indiki şəraitdə regional qarşıdurmanın onların ziyanına, 3-cü qüvvələrin isə xeyirinə işləyəcəyini yaxşı dərk edir.
Yəni 3-cü qüvvələr iki regional nəhəng arasındakı qarşıdurmadan öz xeyrinə istifadə edərək, nüfuzunu artıra bilər.
Bu yaxınlaşmanın əsas məqsədlərindən biri də, məhz bunun qarşısını almaqdır. Bəs bu 3-cü tərəf kimdir. Burada ən çox İranın adı hallanır.
Bu qarşıdurmada qazanan tərəf İran ola bilərdi. Rəsmi Təl-Əviv və Ankara bunun istəmir. Əlbəttə, hər iki ölkənin öz maraqları var. Lakin bəzi hallarda bu maraqlar üst -üstə düşür.
Xüsusilə də, Azərbaycana olan münasibətlər daha çox kəsişir. Onlar əlaqələri yaxşılaşdıraraq, regiondakı mövqelərini gücləndirməyə çalışırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
18:48 26.07.2026
Sağlamlıq
KİV: ABŞ İrana hücumları müvəqqəti dayandırıb
18:09 26.07.2026
Dünya
Britaniyanın Baş naziri: Lazım gələrsə, Trampla razılaşmayacağam
16:25 26.07.2026
Dünya
Putin mobil telefonlardan istifadə etmir - Peskov
16:00 26.07.2026
Dünya
Netanyahu Vaşinqtonda Trampla İran məsələsini müzakirə edəcək
15:08 26.07.2026
Dünya
ABŞ İranın raketlərini qəsdən buraxır - KİV
14:51 26.07.2026
Gündəm
“Beşiktaş”ın Salaha etdiyi təklifin detalları bəlli oldu
14:34 26.07.2026
Futbol
Husilər Yəməndə “Bayraqdar” vurdular
14:17 26.07.2026
Dünya
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq
13:22 26.07.2026
Cəmiyyət
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
12:49 26.07.2026
Ekologiya
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub
12:35 26.07.2026
Ədəbiyyat
Faktiki hava: 39 dərəcə isti qeydə alındı
11:30 26.07.2026
Ekologiya
İlham Əliyev Maldiv Prezidentini təbrik edib
11:14 26.07.2026
Rəsmi
Əraqçi: İranın region ölkələri ilə düşmənçiliyi yoxdur
10:45 26.07.2026
Region
Husilər Səudiyyə Ərəbistanına raket və PUA-larla hücum edib
10:30 26.07.2026
Dünya