Türkiyədə yaradılan Yeni Partiyanın proqramı və nizamnaməsi açıqlanıb

Türkiyədə CHP-dən ayrılan 91 deputatın təsis etdiyi Yeni Partiyanın proqramı və nizamnaməsi ictimaiyyətə təqdim olunub. Partiya parlament idarəetmə sisteminə qayıdış, qəyyum (kayyım) təyinatı praktikasına son qoyulması və İstanbul Konvensiyasına yenidən qoşulmağı əsas hədəflərindən biri elan edib.

Sherg.az xəbər verir ki, proqramda Atatürkün "Altı Ox" prinsipləri və müasir sosial-demokrat dəyərlərin əsas götürüldüyü bildirilib. Sənəddə həmçinin parlamentin səlahiyyətlərinin gücləndirilməsi, siyasi etika haqqında qanunun qəbulu, seçki baryerinin azaldılması və partiyadaxili demokratiyanın inkişaf etdirilməsi nəzərdə tutulur.

Nizamnaməyə əsasən, deputat və yerli seçki namizədləri beş, prezidentliyə namizəd isə dörd müxtəlif üsuldan biri ilə müəyyən ediləcək. Bundan başqa, partiya orqanları və namizədlər üçün 50 faiz gender, 25 faiz isə gənclər kvotası tətbiq olunacaq.