Türkiyədən Azərbaycana səfərə gələn 20 nəfərlik media mənsubları ilə yanaşı nümayəndə heyəti Bakıda Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət ediblər.
APA xəbər verir ki, ziyarət Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi (TADİV) və Kültürlerarası Ağ Derneğinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Sülhün coğrafiyası: Qarabağ – Cənubi Qafqazda quruculuq, sabitlik və regional əməkdaşlıq" proqramı çərçivəsində həyata keçirilib.
Ziyarətçilər şəhidlərin məzarlarına gül dəstələri qoyaraq ehtiramlarını ifadə ediblər.