"Üçlü görüş"ə hazırlıqlar görülür
Yusif Nəzərli
01:04 03.11.2021
Siyasət
588
Sahib Alıyev: "Prosesin pozulmasına yönəlik cəhdlər də var. ABŞ, Fransa və İran Vətən savaşından sonra regionda yaranmış geosiyasi reallığı həzm etmək istəmirlər"
Noyabrın 1-də Rusiyanın Xarici işlər naziri Sergey Lavrov və Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan arasında telefon danışığı olub. Diplomatlar Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli razılaşmalarının yerinə yetirilməsi prosesinin mövcud vəziyyətini müzakirə ediblər. Danışıq zamanı humanitar məsələlər, mina xəritələrinin verilməsi, Ermənistan-Azərbaycan sərhədində gərginliyin aradan qaldırılması, Cənubi Qafqazda bütün kommunikasiyaların açılması və regional əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilib.
Lavrov-Mirzoyan arasında aparılan müzakirələrlə bağlı fikirlərini bəyan edən millət vəkili Sahib Alıyev "Şərq"ə bildirib ki, tərəflərin telefon danışığının yüksək səviyyədə keçirilməsi planlaşdırılan üçlü görüşə hazırlıqdan xəbər verir. Deputatın sözlərinə görə, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəis müavini Aram Hakopyanın Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsinin öz ölkəsinin vətəndaşlarının gediş-gəlişləri üçün tam problemsiz olduğunu vurğulaması da rəsmi İrəvanın hələlik konstruktivliyə kökləndiyini göstərir:
“Prosesin pozulmasına yönəlik cəhdlər də var. ABŞ, Fransa və İran Vətən savaşından sonra regionda yaranmış geosiyasi reallığı həzm etmək istəmirlər. Əlbəttə, burada həlledici rolu ABŞ oynayır. Amerikanın Azərbaycanla Ermənistan arasında yeni geosiyasi reallığa uyğun sülh anlaşmasının bağlanmasına yanaşmasının dəyişib-dəyişmədiyini dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavin yardımçısı Olsonun regiona səfəri dəqiqləşdirəcək.
Ola bilər ki, bu səfərdən sonra Ermənistan rəhbərliyi yenidən öz ampluasına dönəcək. Kimin hansı mövqedə olmasına baxmayaraq, Zəngəzur dəhlizinin açılacağı artıq realdır. Xarici təzyiqlərdən dolayı Azərbaycanla Ermənistan arasında sülh anlaşmasının bağlanmasının ləngidilməsinə gəldikdə isə bundan itirən ilk növbədə ermənilər özləridir.
Bu ilin statistikasına görə, Rusiyaya ən çox miqrant axını baş verən ölkələrin ilk üçlüyündə Ermənistanın yer alması faktı da bunu təsdiqləyir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm
Tramp və Netanyahu arasında telefon danışığı olub
10:52 01.11.2026
Dünya
Uşaqlarda qulaq ağrısını kiçik saymayın: İltihabının əlamətləri
10:15 01.11.2026
Sağlamlıq
Tramp Avropadakı iğtişaşlarla bağlı diqqətçəkən paylaşım edib
09:56 01.11.2026
Dünya
Səfir: Danimarka ABŞ üçün internet trafikini ələ keçirir
09:21 01.11.2026
Dünya
Avropanı bürüyən "YANĞIN" Trampı narahat etdi
09:09 01.11.2026
Gündəm
"Substansiya" filminin ulduzu üç illik evliliyini bitirir
08:53 01.11.2026
Şou
Yaşlanmağı qəbul eləmək 7 il ömrü uzadır
08:34 01.11.2026
Sağlamlıq
Kimin evində varsa, bəxti gətirdi
08:07 01.11.2026
Ölkə