Ukrayna Azərbaycandan 36,55 ton yüksək gərginlikli kabel alıb

Ukrayna son iki həftə ərzində Azərbaycandan enerji sahəsində ümumilikdə 36,55 ton yüksək gərginlikli kabeldən ibarət üç partiya yardım alıb.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

"Son iki həftə ərzində Ukrayna icmaları Azərbaycandakı etibarlı tərəfdaşlarımızdan enerji sahəsində üç partiya yardım alıb. Ümumilikdə Kiyev vilayətinin energetika sahəsi işçilərinə 36,55 ton yüksək yüksək gərginlikli kabel çatdırılıb. Avadanlıq lazımi təmir işlərini həyata keçirməyə və bütün regionda etibarlı elektrik enerjisi təchizatını təmin etməyə kömək edəcək", - məlumatda bildirilib.

Ukrayna tərəfi ölkənin enerji sektoruna göstərilən dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib.