Vasif Talıbovun yerinə yeni təyinat olacaq?
Vasif Talıbovun yerinə yeni təyinat olacaq?
Yusif Nəzərli
20:15 14.12.2022
Siyasət
373
Vasif Talıbovun Naxçıvanın faktiki idarəçiliyindən uzaqlaşdırılmasına hazırlıq gedir.
“AzPolitika.info”nun mötəbər məlumatlı mənbələrdən əldə etdiyi məlumata görə, yaxın vaxtlarda Prezidentin Naxçıvan MR üzrə xüsusi nümayəndəsinin təyin olunacağı gözlənilir. Bu təyinatla V.Talıbov faktiki olaraq MR-in idarəçiliyindən uzaqlaşdırılmış olacaq.
Məlum olduğu kimi, xüsusi nümayəndəlik institutu artıq işğaldan azad olunmuş ərazilərdə tətbiq olunub. Belə ki, Prezidentin işğaldan azad olunmuş rayonlar üzrə xüsusi nümayəndələri bu ərazilərdə tikinti-quruculuq və digər işlərə rəhbərliyi həyata keçirirlər.
Naxçıvandan daxil olan məlumatda isə bildirilir ki, iki gün əvvəl MR-i tərk edən Vasif Talıbov “uzunmüddətli məzuniyyətə” göndərilib. Onun hazırda harada olduğu, Naxçıvana nə vaxt qayıdacağı haqda yerli hakimiyyət nümayəndələrində heç bir məlumat yoxdur. Bilinən odur ki, “sədr uzunmüddətli məzuniyyətdədir”.
Xatırlatmaq yerinə düşər ki, V.Talıbov Ali Məclis sədri vəzifəsini tutduğu 27 ildə bir dəfə də olsun rəsmi məzuniyyətə çıxmayıb. O, hətta bazar günlərini belə, çox vaxt iş kabinetində keçirib. İndi birdən-birə “uzunmüddətli məzuniyyətə” göndərildiyi barədə məlumatlar Naxçıvanda Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatları ilə başlayan prosesin dərinliyindən xəbər verir. Dekabrın 12-də axşam saatlarında Bakıya uçan və hazırda burada nə işlə məşğul olduğu bilinməyən Vasif Talıbovun yaxın günlərdə elə Bakıda istefa qərarını açıqlayacağı da istisna olunmur. Ola bilsin ki, Prezidentin xüsusi nümayəndəsinin təyinatı bundan sonra elan olunacaq.
Yada salaq ki, dekabrın 13-də Səbail Rayon Məhkəməsi Vasif Talıbovun ətrafından daha bir yüksəkvəzifəli məmurun - Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədri Rüstəmov Hicran Yaqub oğlunun barəsində müstəntiqin vəsatətinə baxıb. Məhkəmə Hicran Rüstəmov barəsində həbs qətimkan tədbiri seçib. O, 212 milyon manat dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir.
Bununla da V.Talıbovun komandasından rəsmən həbsə göndərilən məmurların sayı üçə, talanan dövlət vəsaitinin miqdarı isə 500 milyon manata çatıb.
Bu səviyyədə talançılıq ittihamlarından sonra V.Talıbovun vəzifəsində qalacağı ehtimalı isə sıfıra yaxınlaşır. Lakin MR Ali Məclisinin sədri vəzifəsi seçkili vəzifə olduğundan onu Prezident sərəncamı ilə vəzifəsindən uzaqlaşdırmaq və yerinə başqa bir təyinat həyata keçirmək mümkün deyil. Görünür, elə bu səbəbdən MR-ə Prezidentin xüsusi nümayəndəsinin təyin olunması praktikasından istifadə olunacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət