Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət edib

Qarabağ və Şərqi Zəngəzura səfər edən diplomatik korpusun nümayəndələri Kəlbəcərdə yerləşən Xudavəng monastr kompleksini ziyarət edib.

Sherg.az xəbər verir ki, qonaqlar abidənin tarixi ilə bağlı məlumatlandırılıb.

Qeyd edək ki, sözügedən kompleks ərazisindəki ən böyük monastır kompleksi sayılır.

Bu abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı Qərarı ilə təsdiq edilmiş “Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri”nin siyahısına daxil edilib.