XİN-dəki əməliyyata MÜNASİBƏT: “Ciddi araşdırmaya ehtiyac var”
Banuçiçək Kalbalıyeva
11:19 03.07.2020
Siyasət
821
Dövlət Təhlükəsizlik Xidməti Xarici işlər Nazirliyində istintaq-əməliyyat tədbirləri həyata keçirib. Bununla bağlı DTX xəbər yayıb. Quruma daxil olan məlumata əsasən, Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib. Cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol verilib. Bundan başqa qurumdan bildirilib ki, aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Məsələyə münasibət bildirən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov “Sherg.az”a söyləyib ki, bu qurumda ciddi araşdırmaya ehtiyac var:
“Nazirlikdə belə bir halın yaşanması biabırçılıqdır. Başqa söz tapmaq olmur. Yəqin ki, iş iki istiqamətdə gedəcək. Birincisi, iqtisadi-maliyyə tərəfidir. Əgər pulun xərclənməsində yeyinti olubsa, bu hal aşkarlanacaq. İkinci məsələ isə iş icrası ilə əlaqədardır. Bildiyiniz kimi, Azərbaycanın xarici siyasətini dövlət başçısı müəyyən edir. Amma tapşırıqların icrası nazirliyə həvalə edilir. Qanun pozuntusu olubsa, səlahiyyətli şəxslər müvafiq qaydada cinayət məsuliyyətinə cəlb olunacaqlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə