Yenə Qarabağ, yenə ikili standartlar...
Yusif Nəzərli
13:44 20.12.2021
Siyasət
717
“Bizim hərbi cinayətkar dediyimiz ermənilərin azad edilməsini Avropa İttifaqı, ABŞ, eləcə də Rusiya alqışlayır, amma...”
“...Qarabağdakı ermənilərin tərk-silah edilməsi, dislokasiyasının aradan qalxması üçün erməni hərbçilərin ordan çıxarılması ilə bağlı Qərb ölkələrinin heç biri fikir irəli sürməyib”
Xəbər verdiyimiz kimi, rəsmi Bakı 19 dekabr 2021-ci ildə 10 nəfər erməni əsilli hərbi qulluqçunu Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistana təhvil verdi. Xatırladaq ki, həmin şəxslər 16 noyabr 2021-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılıblar. Beləcə Azərbaycan Brüssel görüşündən sonra özünün humanizm prinsiplərinə sadiqliyini bir daha göstərdi. Fransa Prezidenti Emmanuel Makron eləcə də ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bununla bağlı “Twiter” hesabında paylaşım edib. Hər iki ölkə öz növbəsində Azərbaycan tərəfinin bu addımı alqışlayıb.
Bəs, rəsmi Bakının atdığı bu cür humanist addımları alqışlayan Qərb Qarabağdakı erməni separatçıların ordan çıxarması üçün niyə heç bir iradə ortaya qoymur? Qərbin hazırkı mövqeyindən “Sherg.az”a danışan analitik Turab Rzayev bildirib ki, bu məqamda da birtərəfli münasibət görürük:
“Bizim hərbi cinayətkar dediyimiz şəxslərin azad edilməsini Avropa İttifaqı, ABŞ eləcə də Rusiya alqışlayır. Burda maraqlı məqam odur ki onlar məsələyə rəsmi İrəvanın mövqeyindən yanaşırlar. Məsələn, biz mina xəritələrinin Azərbaycan tərəfinə təqdim edilməsi ilə bağlı İtaliyadan başqa hər hansısa bir Avropa ölkəsindən belə bir çağırış görməmişik. Eyni zamanda Qarabağda qalmış ermənilərin silahsızlaşdırılması, tərk-silah edilməsi, dislokasiyasının aradan qalxması üçün erməni hərbçilərin ordan çıxarılması ilə bağlı da Qərb ölkələrinin heç biri fikir irəli sürməyib”.
T.Rzayevə görə bu, həmin ölkələrin hadisələrə neytral yanaşmasından daha çox rəsmi İrəvanın mövqeyi ilə üst-üstə düşür:
“Rusiyanın timsalında da belə bitərəf yanaşma özünü göstərir. Halbuki sülh bəyanatında açıq şəkildə erməni silahlı birləşmələrinin bu ərazilərdən çıxarılmalı olduğu qeyd olunub. Lakin biz yenə məsələ ilə bağlı heç bir addımın atılmadığını, ermənilərin Qarabağ ərazilərinə ziyarət etdiyini görürük. Rusiya sülhməramlıları isə onları tərk-silah etməkdə maraqlı görünmür. Hətta özünü qondarma rejimin “müdafiə naziri” adlandıran şəxsi bura dəvət edir, ərazini gözdən keçirir, müəyyən qədər onları legitimləşdirmək addımları da atırlar”.
Analitik belə bitərəf addımlardan birin də bu yaxında Fransadan gördüyümüzü xatırladaraq Azərbaycanın atdığı humanist addımı alqışlayan Qərb dövlətlərinə diqqət çəkib:
“Fransa ilk dəfə Ağdama öz səfirini göndərdi. Amma eyni gündə də Qarabağdakı qondarma qurumun nümayəndələrini Fransada parlament səviyyəsində qəbul etdi. Belə olduqda dediyiniz prosesin həyata keçirilməsində belə Qərb ölkərindən neytral mövqe və hansısa təklif gözləmək təbii ki absurddur”.
Oxşar xəbərlər
The Liberum: İlham Əliyevin çıxışı Azərbaycanın dünyadakı yerini müəyyən edən xarici siyasət doktrinasını ortaya qoyur
21:24 05.10.2026
Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər
21:12 05.10.2026
Xəbər lenti
Hamısına bax
Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda
22:12 05.10.2026
Gündəm
Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşüb
21:56 05.10.2026
Rəsmi
Tovuzda ata oğlunu bıçaqladı
21:38 05.10.2026
Hadisə
Mirzoyan Pezeşkiana TRİPP layihəsini təqdim etdi
21:01 05.10.2026
Gündəm
Qafqazda sülh bu cür təmin edilməlidir - Qalibaf
20:51 05.10.2026
Cənubi Qafqaz
Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib
20:19 05.10.2026
Dünya
Arda Gülər Türk futbolu tarixinə düşdü - Real Madriddən yeni qərar
20:10 05.10.2026
Futbol
XİN: İtaliya Ermənistanla sülh prosesinə dəstəyini davam etdirir
20:03 05.10.2026
Siyasət
Bir neçə dərmanı eyni vaxtda qəbul etsəniz nə baş verə bilər?
19:51 05.10.2026
Sağlamlıq
Avropa Parlamentində Gürcüstanla bağlı debat keçiriləcək
19:36 05.10.2026
Gündəm
MN-in sabiq vəzifəli şəxsləri barədə hökm qüvvədə saxlanılıb
19:10 05.10.2026
Hadisə
Corablar ayaqlarınızda iz buraxırsa, bu əlamətlərə diqqət edin!
18:59 05.10.2026
Sağlamlıq
ABŞ və Çini supergüc edən əsas səbəb açıqlandı - “Cavab sadədir”
18:52 05.10.2026
Dünya