“Yeni proseslər başlayıb”
Fidan Həmişəyeva
12:33 13.07.2021
Siyasət
542
“Zaman-zaman həllini tapan məsələlər ətrafında Rusiya ilə Azərbaycan arasında yeni çağırışlar və problemlər qaldırılır”
“Ona görə də təmasların tez-tez baş verməsi o deməkdir ki, danışıqlar və məsləhətləşmələr yolu ilə bütün dolaşıq məqamlarla bağlı birgə səylər formalaşır”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib. Söhbət zamanı Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin sədrliyi ilə üçtərəfli İşçi qrupunun fəaliyyəti ilə bağlı məsələlər müzakirə edilib.
Azərbaycan-Rusiya ikitərəfli əlaqələrinə toxunulub, ticarət dövriyyəsinin və Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının artması məmnunluqla vurğulanıb. Azərbaycan-Rusiya sərhədində sərhəd-keçid məntəqələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin Şimal-Cənub dəhlizi ilə tranzitin artırılması prosesinin çox fəal getdiyi bildirilib.
Söhbət zamanı ticarət, iqtisadiyyat, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüş barədə “Sherg.az”a danışan politoloq Tofiq Abbasov vurğulayıb ki, Azərbaycan Rusiya münasibətlərində daimi dinamizm var:
“Bu da onu göstərir ki, hər iki tərəfin qonşu dövlətlə bağlı nikbin baxışları, yüksək hazırlığı və iş əzmi mövcuddur. Təbii ki, zaman-zaman həllini tapan məsələlərin ətrafında yeni çağırışlar və problemlər qaldırılır.
Ona görə də təmasların tez-tez baş verməsi o deməkdir ki, danışıqlar və məsləhətləşmələr yolu ilə bütün dolaşıq məqamlarla bağlı birgə səylər formalaşır.
Məlumdur ki, Rusiya Cənubi Qafqaz bölgəsində fəallıq nümayiş etdirir. Əlbəttə, siyasi məsələlərlə yanaşı, iqtisadi, humanitar və sosial məsələlər də öz həllini gözləyir.
Ötən ilin 10 noyabr üçtərəfli bəyanatından sonra ortada əməli fəaliyyət proqramı var. Bununla yanaşı digər sahələrdə də yeni proseslər başlayıb. Ona görə də yalnız siyasi yox, eləcə də sosial, iqtisadi və humanitar proseslərlə bağlı Rusiya və Azərbaycan tərəfi öz münasibətlərini bildirirlər”.
T.Abbasovun fikrincə, Rusiya Baş nazirinin müavini Prezidentimizin qəbulunda olarkən təbii ki, Rusiya rəhbərliyinin mesajlarını çatdırır, digər tərəfdən istəklərini bildirir:
“Bundan sonra isə Azərbaycan rəhbərliyinin bu məsələyə reaksiyasını öyrənərək öz prezidentlərinə çatdırırlar. Faktiki olaraq belə formatda görüşlər həmişə işlək vəziyyətdə olur.
Bu, ümidverici bir prosesdir. Məlumdur ki, pandemiya dövründə müəyyən problemlər oldu.
Bu zaman fəal dövlətlər, onların işlək mexanizmləri və proseslərə qatılan təsisatlar elə bir şərait yaradırlar ki, çətin və mürəkkəb olan məsələlər həll yoluna çıxsın. Azərbaycan-Rusiya sərhəddindən başlayaraq ikitərəfli gözləntilər dinamikdir.
Təbii ki, iki ölkə arasındakı münasibətlər bəllidir. Ən böyük qazanc isə ondan ibarətdir ki, hər iki tərəfin qarşılıqlı anlaşma, bərabərhüquqlu fəaliyyət əsasında bütün problemlərin həllini tapma kimi bir istəyi var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lökbatanda iki qadın dənizdə boğulub - YENİLƏNİB
16:17 10.08.2026
Hadisə
Çox təəssüf ki, İranda hər şeyi Pezeşkian həll etmir - Analitik
15:54 10.08.2026
Region
Azərbaycanın xarici dövlət borcu 7,5% azalıb
15:29 10.08.2026
İqtisadiyyat
Rusiya -Ukrayna müharibəsi yeni mərhələyə keçib -ŞƏRH
15:16 10.08.2026
Aktual
Rusiya Zaporojyeyə aviabomba ilə zərbə endirib: 13 nəfər yaralanıb
15:09 10.08.2026
Dünya
Rihanna Türkiyədə məhkəməni uddu
14:45 10.08.2026
Dünya
Afrikanın altında 660 min kubkilometrlik nəhəng su ehtiyatı var
14:24 10.08.2026
Aktual
Paşinyandan separatçılara: Niyə ölmürsünüz?
14:21 10.08.2026
Gündəm
Azərbaycanın İsveçrə və Niderlanddakı səfirləri geri çağırılıb
14:11 10.08.2026
Gündəm
Meloninin kreslosu təhlükədə: Anketlərdə gerilədi, yeni gediş etdi
14:10 10.08.2026
Dünya
Prezident Polşaya yeni səfir təyin edib
14:05 10.08.2026
Gündəm
SON DƏQİQƏ: Baxçalı “Terrorsuz Türkiyə” qanunu üçün TBMM-də
14:01 10.08.2026
Gündəm
İran XİN-dən Ər-Riyad, Ankara və İslamabadın sazişinə reaksiya
13:47 10.08.2026
Siyasət
Azərbaycan XİN Ekvadoru təbrik etdi
13:34 10.08.2026
Gündəm