Zaman daralır:Bakı hələ ki ən yumşaq xəbərdarlığını etdi
Yusif Nəzərli
02:32 13.12.2022
Siyasət
538
İlin sonunadək erməni silahlılar zərərsizləşdirilməsə, daha ciddi addımlar atıla bilər
"Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyaları dinc xarakterlidir və heç bir gərginlik ehtiva etmir". Bu sözləri "Şərq"ə siyasi şərhçi Turan Rzayev deyib. Ekspert bildirib ki, azərbaycanlıların etiraz aksiyaları keçirməsinə başlıca səbəb sülhməramlıların müvəqqəti məsuliyyət zonasında yarıtmaz fəaliyyətidir: "Məsələ ondadır ki, Azərbaycan ərazilərinin 30 il ərzində Ermənistan tərəfindən işğal altında olduğu dövrdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ölkəmizə qarşı ekoloji terror törədilib, bir çox faydalı qazıntı yataqları qanunsuz şəkildə istismar edilib. 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərdə uzun illər qanunsuz istismar və talan edilən yataqların bir çoxunda ekoloji vəziyyət nəzarət altına alınıb. Lakin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində olan Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında qeyri-qanuni istismar davam etməkdədir. Rəsmi Bakı mövcud vəziyyətə etiraz olaraq 3 dekabr tarixində əməkdaşlarını monitorinq üçün Xankəndi ilə Şuşa şəhəri arasındakı Rusiya sülhməramlı qüvvələrinin nəzarət məntəqəsinə göndərdi. Tərəflər arasında müzakirələr 3 saat davam etsə də, nəticə əldə edilmədi. Dekabrın 3-də keçirilmiş müzakirələrin davamı olaraq, dekabrın 7-də Azərbaycanın monitorinq heyəti Xocalıda Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə görüş keçirdi. Görüşdə əldə olunmuş razılığa uyğun olaraq, 10 dekabr tarixində faydalı qazıntıların qanunsuz istismar olunduğu iki əraziyə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə baxmayaraq, bu səfərə maneə törədildi".
T.Rzayev bəyan edib ki, rəsmi Bakı nə torpaqlarımızın istismarına, nə də Rusiya sülhməramlılarının bu qanunsuz əmələ göz yummasına icazə verəcək: "Bunun üçün Azərbaycan tərəfi iki ciddi addım atdı. Birincisi, 10 dekabr tarixində faydalı qazıntıların qanunsuz istismar olunduğu əraziyə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə maneə törədilməsinə etiraz olaraq Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya nota təqdim etdi. İkincisi, Laçın-Şuşa yolunun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatları etiraz aksiyaları təşkil etdi. Bu, rəsmi Bakının son yumşaq xəbərdarlığıdır. İlin sonlarınadək erməni silahlılarının terror təxribatları və qanunsuz fəaliyyət sonlanmasa, rəsmi Bakı daha ciddi addımlar ata bilər. Söhbət “Qisas” əməliyyatı və ya bu ilin mart ayında təşkil edilən Fərrux əməliyyatına bənzər növbəti prosesin icrasından gedir. Mövcud vəziyyət dəyişməyəcəyi təqdirdə 2023-cü ildə də bənzər formada hərbi əməliyyatların keçirilməsi mümkündür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət