
Zəngəzurda post olacaqsa, Laçında da olacaq
Zəngəzurda post olacaqsa, Laçında da olacaq
Yusif Nəzərli
04:36 17.12.2021
Siyasət
487
Prezidentin Brüsseldə prinsipial mövqeyi əlimizi gücləndirdi
“Prezident İlham Əliyevin Brüsseldə Zəngəzur dəhlizi ilə bağlı rəsmi Bakının birmənalı və konkret mövqeyini ortaya qoyması olduqca təqdirəlayiqdir”. Bu barədə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. Partiya rəhbəri bildirib ki, prezident haqlı olaraq vurğuladı ki, Zəngəzur dəhlizi və Laçın dəhlizindən istifadə rejimi eyni olmalı, Ermənistan da eyni şəraiti Naxçıvanla Azərbaycanın digər əraziləri arasında təmin etməlidir: “Ermənistan bunu etməyə borcludur və məhkumdur. 10 noyabr və 11 yanvar bəyanatlarını imzalayan Ermənistan bununla bağlı üzərinə konkret öhdəliklər götürüb.

Bu ölkənin sürüşkən mövqeli Baş naziri Nikol Paşinyanın isə guya, 10 noyabr bəyanatında “dəhliz” sözünün yer almaması ilə bağlı söylədikləri söz oyunu və spekulyasiyadan başqa bir şey deyil. İmzaladığı öhdəliyin məsuliyyətini dərk etməyən Ermənistan liderinin sözlərin formal tərəfini qabartması sadəcə və sadəcə öz ölkəsinin ictimaiyyətini, daxili auditoriyanı aldatmaq cəhdidir. Dövlət başçısı İlham Əliyev istər Paşinyanın, istərsə də bütün ermənilərin anlaya biləcəyi tərzdə, çox sadə dildə izah etdi ki, bu gün Azərbaycan Laçın dəhlizindən sərbəst və təhlükəsiz istifadə etməyiniz üçün tam normal şərait yaradıb. Laçın dəhlizində heç bir post yoxdur. Deməli, Zəngəzur dəhlizində də heç bir gömrük postları olmamalıdır.
Məsələ bu qədər aydın və sadədir. Amma həm də prinsipial məsələdir.
Əgər Ermənistan Azərbaycanın Zəngəzur dəhlizindən eyni şərtlərlə istifadə etmək haqqını tanımasa, o zaman Azərbaycan da Laçın dəhlizində gömrük postu açmaq imkanından yararlanacaq”. Ə.Hüseynov vurğulayıb ki, Ermənistanın yalnız iki seçimi var. Ya Azərbaycanın şərtləri əsasında Zəngəzur dəhlizinin açılmasına razılıq verməli, ya da Laçın dəhlizindən istifadə etmək imkanını itirməsi ilə barışmalıdır: “Ölkə rəhbəri İlham Əliyevin də qeyd etdiyi kimi “biz hər iki varianta açığıq, ya hər iki tərəfdən olmalıdır, ya da olmamalıdır”. Azərbaycanın dövlət başçısının Brüsseldə Zəngəzur dəhlizi ilə bağlı bu cür prinsipial mövqe sərgiləməsi proseslərin sonrakı gedişində əlimizi daha da gücləndirəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq
DİN aşkar olunan silah-sursatların sayını açıqladı
10:57 04.05.2026
Hadisə
SEPAH ABŞ-ni hədələdi: Hörmüzə yaxınlaşsanız, vuracağıq
10:41 04.05.2026
Gündəm
KTM: Ötən ay 79 nəfər zəhərlənib, 5-i ölüb
10:31 04.05.2026
Hadisə
DYP skuter istifadəçilərinə müraciət edib
10:08 04.05.2026
Cəmiyyət
"Inter" 21-ci çempionluğunu elan etdi
09:57 04.05.2026
Futbol
30 ilə hamımız Çin dilində danışacağıq - Nazir
09:54 04.05.2026
Gündəm