İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı səmasında ABŞ-nin "MQ-9" pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, PUA Hörmüz boğazının şərq hissəsində ölkənin vahid hava hücumundan müdafiə şəbəkəsinin idarə etdiyi SEPAH Hava-Kosmik Qüvvələrinin ən yeni HHM sistemi tərəfindən vurulub.
“Bir neçə dəqiqə əvvəl 'MQ-9' pilotsuz uçuş aparatı tutularaq məhv edilib”, — deyə məlumatda qeyd olunub.