Professor: Planlı xəstələr üzrə randevu sistemi dünyanın hər yerində belədir

İş yoldaşımın ürəyində problem var.Halı pisləşdiyinə görə, Neftçilər Xəstəxanasına gedib. Kardioqramma olub, gələn il yanvarın 19-a. həkimin qəbuluna yazıblar. Bu da deyib ki ay həkim, ona qədər mən ölərəm ey vəziyyətim pisdir. Həkim də buna deyib ki sən ölənə oxşamırsan ))
Bu sözləri sosioloq Elçin Bayramlı öz feysbuk hesabında paylaşıb.
Maraqlıdır, bu nə dərəcədə düzgündür?  Xəstəyə bir şey olsa,məsuliyyəti kim daşıyacaq?                                                                                                                             
Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən professor Adil Qeybulla bildirib ki, planlı xəstələr üzrə randevu sistemi dünyanın hər yerində belədir:

"Misal olaraq İngiltərə, Antalyada xəstələr qəbulda 6 ay gözləməli olur. Xəstələr təxirəsalmaz köməyə ehtiyyacları olduqda Təcili Tibbi Yardım xətti ilə müalicə alırlar. Randevu sistemində həkimin gündə 5-10 xəstəni qəbul eləmək imkanı olur. Nəticədə müraciət edilən yerə də 10 nəfər yazılır, 11-ci şəxs isə səhərə qalır. Bu şəkildə növbəlilik qurulur. Qaydaya normal yanaşılmalıdır. İcbari Tibbi Sığorta yeni tətbiq olunanda vətəndaşlar kütləvi şəkildə xəstəxanaya axışırdı.Necə deyərlər ,ağız deyəni qulaq eşitmirdi. Bu da işin keyfiyyətinə neqativ təsir göstərirdi. Düşünürəm ki, dünya sistemi hansı istiqamətə gedirsə, biz də ora yönlənməliyik. Ona görə də yeni sistemə uyğunlaşmalıyıq".