
Paşinyanı dəyişsələr, hakimiyyətə... - RƏY
22:50 30.01.2024
Gündəm
576
Varis elan olundu? “Qriqoryanın ona alternativ kimi düşünülməsi daha çox müxalifətin gündəmə gətirdiyi məsələdir. Məqsəd hakimiyyət daxilində qarşıdurma yaratmaqdır"
Qərb Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı Nikol Paşinyanın varisi hesab edir. Bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Nəşr bildirib ki, artıq Armen Qriqoryanla hökumət üzvləri arasında münasibətlər gərginləşib, ciddi etimadsızlıq yaranıb. Onun artıq hakim komanda ilə birlikdə hərəkət etmədiyi, ön plana çıxmağa çalışdığı deyilir. Məlumata görə, Qərb A.Qriqoryanı Nikol Paşinyanın varisi hesab edir. Hətta baş naziri təhdid edirlər ki, o, Qərbin bütün tələblərini yerinə yetirməsə, Rusiya ilə əlaqələrdə diktə edilən xətt üzrə getməsə, Qriqoryanla əvəz olunacaq. Çünki Qriqoryan bu planları sorğusuz yerinə yetirəcək kadrdır. Qeyd olunub ki, Nikol Paşinyan əvvəlcə bu ssenarini ciddi qəbul etməsə də, indi vəziyyət dəyişib, narahat olmağa başlayıb.
Azad Vətən Partiyasının Akif Nağı "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı həqiqətən xüsusi fəallıq nümayiş etdirir. Partiya rəhbəri bildirib ki, Qriqoryan adətən baş nazir səviyyəsində açıqlamalar verir, məsələlərə münasibət bildirir:

"Məsələn, bizdə Prezidentin köməkçisi hansısa məsələ barədə açıqlama verən kimi Ermənistan tərəfindən A.Qriqoryandan cavab gəlir. Bu da göstərir ki, Qriqoryanın əlahiddə səlahiyyətləri var. İnanmıram ki, Paşinyanın inandığı, etibar etdiyi kadrı onunla əvəzləsinlər. Paşinyan gözünün qarşısında özünü əvəzləyəcək adam yetişdirməz. Baş nazir ətrafının sadiq olmasına xüsusi önəm verir. Ən kiçik şübhə duyduğu şəxsləri dərhal hökumətdən uzaqlaşdırır. Əgər bir gün Paşinyanı dəyişsələr, gözlənilməz adamı gətirəcəklər. Məncə, Qriqoryanın ona alternativ kimi düşünülməsi daha çox müxalifətin gündəmə gətirdiyi məsələdir. Məqsəd hakimiyyət daxilində qarşıdurma yaratmaqdır".
A.Nağı vurğulayıb ki, Qərb yaxşı başa düşür ki, Paşinyan onların istəklərini tam yerinə yetirə bilməz: "Cənubi Qafqazda və ələlxüsus Ermənistanda Rusiya amili hələ güclüdür. İrəvanın, dolayı yolla baş nazirin Moskvadan asılılığı çoxdur. Paşinyan nə mümkündürsə, onu edir, amma artığına gücü çatmır. İndiki məqamda Qriqoryan, yaxud başqası Qərbin təlimatlarını Paşinyandan daha artıq icra edə bilməz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya
Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb
19:12 09.10.2026
Dünya
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir
18:53 09.10.2026
Dünya
Ukrayna Rusiya hava məkanını bağlamağa başladığını elan edib
18:50 09.10.2026
Dünya
Latviya XİN rəhbəri Azərbaycan səfiri ilə görüşüb
18:35 09.10.2026
Gündəm
Ölkədə 163 uşaq ölü doğulub - RƏSMİ
18:01 09.10.2026
Cəmiyyət
Xəzəri xilas etməyin yolu var - Hidroloq 3 əsas səbəbi açıqladı
17:53 09.10.2026
Ekologiya
Ararat Mirzoyan Hakan Fidanla telefon danışığı aparıb
17:40 09.10.2026
Gündəm
Akif Aşırlı: "Biz şəriət dövləti istəmirik”
17:36 09.10.2026
Gündəm
Azərbaycan Mərkəzi Asiya ilə yeni güc xətti qurur - ŞƏRH
17:18 09.10.2026
Gündəm