Kamçıbek Taşiyev İlham Əliyevi təbrik edib
15:41 13.02.2024
Gündəm
357
Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini, Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
APA xəbər verir ki, məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Seçkilərdə qazandığınız inamlı qələbə ümumxalq etimadının və Azərbaycan dövlətinin fəaliyyətinin bütün sahələrinin hərtərəfli inkişafına, ölkənizin beynəlxalq arenada mövqelərinin möhkəmlənməsinə, regional və qlobal təhlükəsizliyin təminatına yönələn kursun parlaq sübutudur.
Qırğızıstanla Azərbaycanı çoxəsrlik sıx dostluq telləri bağlayır. Bizim dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Biz Qırğızıstan-Azərbaycan hərtərəfli əməkdaşlığının genişlənməsinə Sizin şəxsi töhfənizi yüksək dəyərləndiririk.
Əminəm ki, Qırğızıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi üzrə birgə səylərimiz bundan sonra da qardaş xalqlarımızın və ölkələrimizin maraqlarına, regionda sülhə, təhlükəsizliyə və tərəqqiyə kömək edəcək.
Möhtərəm Prezident, icazə verin, Sizə möhkəm cansağlığı, səadət, ali dövləti vəzifənizdə yeni-yeni uğurlar və nailiyyətlər, qardaş Azərbaycan xalqına sülh və firavanlıq arzu edim”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna beş fərqli atəşkəs formatı üzərində işləyir
19:40 07.10.2026
Dünya
Messidən sonra Argentina millisində 10 nömrə üçün 3 namizəd
19:33 07.10.2026
Futbol
Azərbaycan səfiri etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
19:29 07.10.2026
Gündəm
Qalibaf: İranın müxalifləri ölkədə zorakılıq yaratmağa çalışır
19:03 07.10.2026
Dünya
Polşada məktəbdə bıçaqlı hücum olub, 10 nəfər yaralanıb
19:02 07.10.2026
Hadisə
Ceyhun Bayramov: “Orta Dəhlizin beynəlxalq ticarətdə rolu artır”
18:46 07.10.2026
Gündəm
BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib
18:15 07.10.2026
Dünya
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
17:56 07.10.2026
Dünya
Hörmüz boğazı bağlanarsa, İran iqtisadi çöküşlə üzləşəcək - ŞƏRH
17:45 07.10.2026
Aktual
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
17:23 07.10.2026
Sosial
Belarus MDB öllkələrinə çağırış etdi
17:06 07.10.2026
Dünya
Rubio: İran Hörmüz boğazına nəzarəti tamamilə itirib
16:39 07.10.2026
Dünya