Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələrində dəyişiklik edilir.
Bu, “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının qeydə (qeydiyyat "Elektron məhkəmə" alınmasına informasiya sistemi vasitəsilə daxil olmuş məhkəmə qətnaməsindən çıxarışa əsasən şəhadətnamənin verilməsinə) görə (qətnamədə dövlət rüsumunun tərəflərdən hansının ödəməli tərəfdən) olduğu göstərilmədikdə birinci müraciət etmiş tərəfdən) 15 dollar dövlət rüsumu ödəniləcək.
Bəs yeni rüsumun məqsədi boşanmaların qarşısını almaqdır? Bu üsul effektiv olacaq?
Məsələ ilə bağlı danışan sosioloq Lalə Mehralı "Sherg.az"a söyləyib ki, boşanmaq istəyən biri üçün 15 dollar o qədər də əhəmiyyətli məbləğ deyil:
"Nikahın pozulmasına dair şəhadətnamə olmasa da, insanlar boşanır. Bunu sadəcə olaraq kiməsə rəsmi sübut etmək üçün əldə edirlər. Fikrimcə, bu rüsum boşanmaların qarşısını almaq üçün təyin olunmayıb. Boşanmaların sayı kritik həddədir. Azərbaycan tarixinin heç bir dövründə boşanma statistikası bu dərəcədə olmayıb. Hətta ən çətin, çıxılmaz, aclıq, müharibə zamanı boşanmaların sayı çoxalmayıb. Əgər yeni rüsum boşanmaların sayının azalması məqsədi ilə təyin olunubsa, effekt verməyəcək. Bu səbəbdən daha ciddi tədbirlərə və mexanizmlərə gərək var. Çünki bu tendensiya ilə atasız, nikahdan kənar, yarımçıq ailələrdə böyüyən uşaqların sayı artacaq. Nəticə olaraq mənəvi deqradasiya baş verəcək. Cəmiyyət balans problemi ilə üzləşəcək, uşaqların psixologiya və səhətində ciddi izlər buraxacaq. Bir sözlə, ciddi problemlər yaranacaq. Sadəcə olaraq biz selin gətirdiyi çör-çöpləri müşahidə edirik. Böyük fəlakətlər hələ qarşıdadır".