Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev peşə hazırlığına cəlb olunanların təqaüdünün azaldılmasına münasibət bildirib.
APA xəbər verir ki, bu gün komitədə “Məşğulluq haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı Musa Quliyev deyib ki, peşə hazırlığına cəlb olunanların təqaüdü 100 % saxlana da, 50 % azaldıla da bilərdi: “Amma əsas məqsəd peşə hazırlığına gedənlərin vaxt öldürməməsi, peşələrə yiyələnməsidir”.
Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə peşə hazırlığına cəlb olunmuş şəxslərə həmin dövrdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi minimum aylıq əməkhaqqının 50 faizi məbləğində təqaüd veriləcək.
Hazırda peşə hazırlığına cəlb olunmuş şəxslərə həmin dövrdə minimum aylıq əməkhaqqı məbləğində təqaüd verilir.